Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fahrettin Koca: “Yerli peyvəndimiz uğurlu nəticə versə, sentyabrda kütləvi istehsalına başlanacaq”
Fahrettin Koca

““Sputnik-V” peyvəndinin ilk çatdırılması bu ay olmaqla 6 ay içində 50 milyon, “Biontek”in isə iyun ayının sonuna qədər 30 milyon dozada Türkiyəyə gətirilməsi planlaşdırılıb”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, Türkiyə ümumlikdə 240 milyon dozada peyvənd üçün fərqli ölkələrlə müqavilələr bağlayıb. Nazir bildirib ki, bunun 100 milyon dozası Çin istehsalı olan “Sinovak” vaksinidir.

Yerli istehsaldan danışan F. Loca deyib ki, hazırda Türkiyənin Erciyes Universitetində istehsal olunan peyvənd könüllülər üzərində tətbiq olunub və kütləvi tətbiqinin sentyabr ayında reallaşacağı gözlənilir: “Hazırda könüllülər üzərində aparılan təcrübənin nəticələri nəzərədən keçirilir. Əgər planlaşdırdığımız şəkildə uğurlu nəticələr əldə olunsa, sentyabr ayında istehsalına başlanacaq”.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »