Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hacı Şahin kütləvi iftarlardan danışdı - “Təşkil etməyin”
Şahin Həsənli

“İnsanlar gərək öz sağlamlıqlarını qorusunlar, iftarları kütləvi şəkildə qeyd etməsinlər. Çünki həm Allah, həm də cəmiyyət qarşısında buna görə məsuliyyət daşıyırlar”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli deyib.

O bildirib ki, insanların sağlamlığının qorunması dini, ilahi vəzifədir. “Quran”da da qeyd olunub ki, insanlar öz əllərilə özlərini təhlükəyə atmasınlar:

“Biz Ramazan ayının əvvəlində çağırış etmişdik ki, insanlar kütləvi iftar süfrələri təşkil etməsinlər. Bu hökmlərə, əsasən riayət olunur. Bəzi ictimai iaşə obyektlərində tətbiq edilən qaydalar çərçivəsində insanlar 1-2 stol təşkil edərək ayrılıqda otura bilər. Artıq Ramazan ayının 3-cü ongünlüyünə daxil oluruq və əvvəlki günlərlə müqayisədə yoluxmada kəskin azalma var. Düşünürəm ki, insanlar bu qaydalara riayət edir, kütləvi iftar mərasimləri keçirilməsinə rast gəlinmir və bu səbəbdən də yoluxmaların sayı azalıb”.

Qeyd edək ki, QMİ Ramazan ayı ilə bağlı fətva verərək yoluxmaların artma təhlükəsi və xüsusi karantin rejimi dövründə əhalini kütləvi dini mərasimləri müvəqqəti olaraq keçirilməməyə çağırmışdı. Həmçinin tövsiyə olunurdu ki, İftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılsın.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »