Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ETSN: Azərbaycanda Qırmızı kitaba düşəcək növlərin sayı artır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

"Nəşr edilən birinci "Qırmızı kitab"da 108 fauna və 140 flora növü qeydə alınıb. İkinci kitabda isə 223 fauna və 300 flora növü qeydə alınıb. Üçüncü "Qırmızı kitab"a daxil ediləcək flora və fauna növlərinin sayının artacağı istisna deyil".

Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, həm iqlim dəyişmələri, həm antropogen təsirlərin artması növlərin nadirləşməsinə, onların areallarının dağılmasına, bəzi hallarda isə populyasiyasının yer üzündən silinməsinə səbəb olur:

"Azərbaycanda antropogen və iqlim təsirlərin güclü olması bəzi həssas növlərin kritik həddə yaxınlaşmasına səbəb olub. Yeni kitabda rəqəmlər dəyişəcək. Bəzi növlər var ki, tək-tək də olsa, fərdlərin sayı artıq kitabdan çıxarılıb, xüsusi siyahılara salınacaq".

Nazir müavini vurğulayıb ki, yeni kitab daha müasir olacaq: "Qiymətləndirmə beynəlxalq meyarlara uyğun aparılacaq. Növlərin bəziləri rəssamlar tərəfindən çəkiləcək. Təəssüf hissi ilə qeyd edirik ki, bu gün Azərbaycanda Qırmızı kitaba düşəcək növlərin sayı artır. Nazirin əmri ilə komissiya yaradılıb. Bu gün də ilk iclas keçirildi və mühüm qərarlar alındı".

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »