Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrovun Azərbaycana səfəri: Hansı məsələlər həllini tapa bilər...
Lavrovun Azərbaycana səfəri: Hansı məsələlər həllini tapa bilər...

Rusiyanın xarici işlər naziri mayın 5-6-da Yerevanda, 10-11-i tarixlərində isə Azərbaycanda işgüzar səfərdə olacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, səfər zamanı Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqların aparılması, ikitərəfli və regional əməkdaşlıq məsələlərinin geniş spektrinin, habelə beynəlxalq arenada qarşılıqlı əlaqələrin nəzərdən keçirilməsi gözlənilir.

“10 noyabrda imzalanan üçtərəfli bəyanata ən doğru, dürüst əməl edən tərəf Azərbaycandır. Yalnız Azərbaycan tərəfi bəyanatın müddəalarında əks olunnan məsələlərə çox nümunəvi, yüksək səviyyədə əməl edir. Azərbaycan beynəlxalq öhtəliklərinə necə əməl edirsə, buna da elə əməl edir. Təssüf ki, digər iki tərəf bu məsələlərdə müxtəlif qarışıqlıqlar, problemlər yaratmağa çalışırlar”.

Bu fikirləri Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü bizimyol.info-ya bildirib . Onun sözlərinə görə, Lavrovun səfəri ilə bütün bu problemlər həll olunmayacaq.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Hətta yadımıza salsaq, görərik ki, imzalanma prosesində belə Paşinyan iştirak etmədi. Yəni ictimaiyyət qarşısında yox, başqa bir yerdə imzaladı. Bu sanki əvvvəlcədən bəyanatın pozulacağı ilə bağlı mesaj idi. Sonradan isə Rusiya sülhməramlılarının müxtəlif fəaliyyətləri və ya fəaliyyətsizlikləri haqlı olaraq Azərbaycan tərəfində narazılıqlar doğurmağa başladı. Yəni öz öhtəliklərinin daha artığını etmək cəhdləri, əhalini Ermənistandan Xankəndiyə daşımaq, onların iştirak etdikləri yürüşdə aktiv yer almaq, onların separatçılığını həvəsləndirmək və s. bu kimi məsələlərdə biz daim sülhməramlıların fəaliyyətini aktiv gördük. İndi isə 9 may Qələbə günü ilə bağlı Xankəndidə parad keçirmək istəyirlər. Düşünürəm ki, bütün bu məsələlər Azərbaycanda haqlı narazılığına səbəb olur. Lavrovun Azərbaycana gəlişi zamanı bütün bu məsələlərin müzakirə olunacağını ehtimal edirəm.

Eyni zamanda separatçı Araikin Moskvaya çağırılması, qayıtdıqdan sonra Xankəndidə uyğunsuz açıqlamalar verməsi, Ermənistan tərəfinin kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdə öhdəlikdən yayınmağa çalışması, Xankəndi ilə Ermənistan arasında Azərbaycanın icazəsi olmadan gediş-gəlişlərin olması və s. bu kimi məsələlər müzakirə olunacaq. Düşünürəm ki, Lavrov bu məsələləri həm Bakıda, həm də İrəvanda müzakirə edəcək. Ümid edirəm ki, bunun müsbət nəticələri olacaq. Yəqin ki, Lavrov İrəvanda Ermənistanın öhdəliklərini bir daha ona xatırladacaq. Çünki hər bir halda Paşinyan bu öhdəliklərdən qaçmağa və yayınmağa çalışır. Böyük ehtimalla revanşist cəhdlərin ona baha başa gələcəyi xatırladılacaq.

Lakin bütün bunlara baxmayaraq, Lavrovun bu səfəri ilə bütün bu problemlərin həll olunacağını zənn etmirəm. Çünki bunun üçün Rusiya tərəfi tam səmimi davranış sərgiləməli, sülhməramlılar Ermənistanı dəstəkləyən missiyanı deyil, üzərlərinə düşən missiyanı yerinə yetirməli, Araik başda olmaqla Xankəndidəki separatçılar Azərbaycana təhvil verilməli, Xankəndidə və ətraf ərazilərdə olan Ermənistan qüvvələri birmənalı şəkildə çıxarılmalı, orada Azərbaycan qanunları, pulu, ordusu, polisi olmalıdır. Bu məsələlərin hamısının Lavrovun səfəri ilə həll olunacağını güman etmirəm. Sadəcə, bu məsələlərin bir daha gündəmə gətiriləcəyini düşünürəm. Lavrovun səfərinin də bu istiqamətdə bir addım da olsa, irəliləyişə səbəb olmasını istərdim”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »