Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ABŞ bizə minnət qoymasın”
İlham Əliyev  və Co Bayden

“Baydenin Azərbaycan-ABŞ münasibətlərinə baxmaq üçün bir neçə səbəbi var. Birincisi, yeni Admnistrasiya işə başlayanda müxtəlif islahatlar aparır. İndi onlar öz yollarını müəyyənləşdirirlər. Qarabağda Azərbaycanın qələbəsindən sonra bölgədə yeni reallıq formalaşıb. Hətta köhnə Admnistrasiya qalmış olsaydı belə, onlar bu yeni duruma uyğunlaşmalıydılar. ABŞ yeni yollar tapmalıdır və bu proses yeni başlayıb. Baydenin soyqırım bəyanatı havaya atılan boş güllə idi, xərcləndi getdi”.

Bu fikirləri bizimyol.info-ya politoloq Eldar Namazov səsləndirib.

Eldar Namazov Eldar Namazov

“Minsk qrupunun yaranmasında bu gün Rusiya da maraqlıdır. Çünki, onu Qərblə bağlayan demək olar ki, başqa bir bağ yoxdur. Putin Minsk qrupunun yaranmasına buna görə maraq göstərə, ABŞ və Fransa ilə münasibətləri qura bilmək üçün hətta Türkiyənin başı üstündən hərəkət edə bilər. Minsk qrupunun olub-olmaması həmişə bizə və Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunacaq”,- deyə siyasətçi son günlər Ermənistan tərəfindən tez- tez gündəmə gətirilən bu məsləni də şərh edib. Eldar Namazov daha sonra ABŞ Konqresinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi bir il müddətinə dondurması məsləsinə də toxunub.

“Blinken öz zəngində 907-ci düzəlişin bu il də dondurulmasını bizə hədiyyəymiş kimi bildirdi, bizə minnət qoymasınlar. Başımıza qaxıb eləməsinlər. Çünki, bu onların özünə lazımdır. 907-ci düzəlişin dondurulmasını Pentaqon istəyir, çünki ona Azərbaycan hökuməti ilə işləmək lazımdır. 907 dünya diplomatiyasında ikiüzlülüyə qoyulan abidədir. Bizim torpaqlarımız işğal altındaydı, bizdən tələb edirdilər ki, kommunikasiyaları açaq. Bu gün biz kommunikasiyaları açaq deyirik, mina xəritələrini tələb edirik, niyə ermənistan istəmir bəs? Bir dənə də 908-ci düzəliş etsinlər də?! ABŞ-a Azərbaycan lazımdır. Cənubi Qafqazın ən güclü dövləti Azərbaycandır və burda biz olmadan uğura nail olmaq çətin olar”.

İlhamə Rəsulova

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
Son xəbərlər
Bütün xəbərlər »