Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Münaqişənin davam etdiyini deməklə xarici qüvvələrə fürsət vermək olmaz”
Şuşa şəhəri

Dünən sosial şəbəkələrdə Azərbaycan sərhədçiləriylə sülhməramlılar və Ermənistan hərbiçiləri arasında yaşanmış insidentin şahidi olduq. Maraqlıdır ki, videogörüntüləri Ermənistan tərəfi yaymaqla müəyyən məqsədləri hədəfləyib. Çox böyük ehtimalla məqsəd təxribatlar yaratmaqla tərəflərin münaqişəni həll edə bilməməsi görüntüsü yaradaraq Minsk qrupunun “ölüsünü” diriltməkdir. Uzun müddət proseslərdən kənarda qalmağa məcbur olmuş ABŞ da regiona gəlməkdə maraqlıdır. Elə ABŞ dövlət katibi Blinkenin ölkə başçısı İlham Əliyevə telefon zəngindən də bu məramı hiss etmək olur.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bizimyol.info-ya verdiyi açıqlamada ABŞ- Azərbaycan münasibətlərindən, tərəflərin bir-birlərindən gözləntilərindən danışıb.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Blinkenin Azərbaycan Prezidentinə zəngi aktuallığı yetişmiş və ABŞ üçün vacib olan bir çox məqamlara aydınlıq gətirmək üçün vacib idi. Qərb ölkələri bölgədə gedən proseslərə müdaxilə edə bilmədilər, Minsk qrupunun həmsədrləri bölgədəki proseslərdən uzaq qalıblar. Bunun obyektiv səbəbləri var idi. ABŞ və Fransa öz rolunu qabartmağa çalışır. Fransanın öz motivləri var bu ayrı. Vəziyyət əlbəttə ki, ABŞ-ı qane etmirdi, ona görə o, Qafqaz ölkələrinin rəhbərlərinə zəng edib mövqeləri aydınlaşdırmaq cəhdlri göstərib. Baydenin bəyanatı Ermənistandakı proseslərə birbaşa müdaxiləni hədəfləyib. Yəni Ermənistan gələcəkdə Rusiyapərəst olacaq, yoxsa Qərbpərəst. Bəyanat buna hesablanmışdı.

Çox sual verilir. Minsk qruunun reanimasiyası mümkündürmü? Öncə, Minsk qrupunun hüququ əsaslarını anlamaq lazımdır. Biz başa düşməliyik ki, bu qrum bizim təşəbbüşümüz nəticəsində yaranıb. O zaman biz ATƏT-ə müraciət edib vasitəçilik istəmişik. İndi cənab Prezident də bəyan edir ki, münaqişə bitib, biz problemi həll eləmişik. Bizim bəzi politoloqlarımız, siyasi şərhçilərimiz "münaqişə hələ bitməyib" deməklə əslində Minsk qrupunu diriltmək istəyən güclərin əlinə fürsət vermiş olurlar. Başa düşməliyik ki, indi davam edən ağrılı proses reinteqrasiya prosesidir. Bu vəziyyət hər bir halda baş verməliydi. Proses fərqli şəkildə sonlansaydı da, Ermənistan sülh sazişi ilə çıxmış olsaydı da, indi Qarabağda görmüş olduğumuz bütün proseslərdən biz keçməliydk. Və bu bizim daxili məsələmizdir. Ona görə bura xarici qüvvələrin, məsləhətçilərin gəlişi lazım deyil. İndiki münasibətlərimiz post-konflikt dövrünə aid problemləridir. Status-kvo dəyişib. İndi daxili siyasi reinteqrasiya prosesi gedir, xarici qüvvələrin iştirakına imkan vermək olmaz”.

İlhamə Rəsulova

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »