Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Leriklilər mollanın qatil ola biləcəyinə inanmırlar – Çox qəribə nüanslar var
Həbs

Aprelin 28-də Lerik rayonun Barzavu kəndində 1981-ci il təvəllüdlü, 3 uşaq anası Zəkifə Fərziyevanın yaşadığı evdə ölü tapılması barədə məlumat vermişdik.

Bizimyol.info-ya Barzavu kənd sakinlərindən verilən məlumata görə qətli törədən şəxsin Zəkifə Fərziyevanın  qonşusu, kəndin mollası Murad Əsgərovun olmasına dair ciddi şübhələr var. Zəkifə Fərziyevanın həyat yoldaşı Rusiyada işləyir, bir oğlu Qarabağ döyüşlərinin iştirakçısı olub və hazırda Şuşada hərbi xidmətini davam etdirir. İlkin məlumatlara görə, bütün leriklilərin böyük hörmət göstərdiyi Murad Əsgərov Z.Fərziyeva evdə tək olarkən gizlicə evə girib və qadına qarşı əxlaqsız hərəkətlər etmək istəyib. Z.Fərziyeva qışqıraraq  qonşularını çağırıb. M.Əsgərov cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazını kəsib və hadisə yerindən qaçıb. M.Əsgərov ötən gün polis tərəfindən saxlanılıb.

Lakin kənd sakinləri mollanın bu cinayət əməlini törədəcəyinə inanmırlar. Bizimyol.info-ya kənd sakinlərindən biri bildirib ki, Murad Əsgərovun da oğlu 2-ci Qarabağ savaşında, Kəlbəcər və Hadrutun azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.

“O indiyə qədər bir qadına belə kəm gözü ilə baxmayıb . Lerik Rayonunda soruşun onu tanıyanlardan. Muradı tanıyanlar çox gözəl bilirlər necə insandır, əsil cinayətkar başqasıdır, eynən Nərmin hadisəsi kimi burda da qatili düz tapmayıblar. Bütün Lerik Rayonu, kənd camaatı şokdadır, heç kim inanmaq istəmir. Bütün kəndi aparıb izahat alıb dindiriblər, həmçinin Murad Əsgərovu da. Mollanın böyük səhvi onda olub ki, hadisə baş verən günü polis gəlmədən içəri girib, mərhumun çənəsini, ayaq barmaqlarını bağlayıb və əli izləri meyidin üzərinə düşüb. İzahatında da eynən belə deyib və ayın 28-də bunu cinayət dəlili hesab etməyiblər. Dünən günorta isə gəlib həbs ediblər”,- deyə kənd sakini bildirib.

Cinayət hadisəsi baş verib, mərhumun qanlar içərisində uzanmış halda görünməsinə baxmayaraq, hadisə yerinə sahə müvəkkilindən, polisdən öncə mollanın gəlib dini ritual olaraq çənə və ayaqları bağlaması çox qəribə görünmürmü?

İlhamə

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
Son xəbərlər
Bütün xəbərlər »