Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal bazarlarda buğdanın qiymətləri durmadan artır - Çörəklə imtahan
Çörək

Qlobal bazarlarda buğdanın qiyməti yükəslib.  Buğdanın 5000 buşeli ( 1 buşel=27kq) 135 min avro səviyyəsindədir və  qiymətlər artmaqda davam edir. Buğdanın bahalaşması Azərbaycana da təsir edəcəkmi?

Bizimyol.infonun sualını  iqtisadçı Cəfər İbrahimli cavablandırır.

İqtisadçı qeyd edib ki, ötən ilin İlin əvvəlində Nazirlər kabineti  buğda ixracına əlavə dəyər vergisi tətbiq edib. Bu addım  pandemiya ilə bağlı qida təhlükəsizliyi məsələlərinə diqqət etmək məqsədilə  atıldı. Baxmayaraq ki, bizim buğda ixracımız o qədər də yüksək səviyyədə deyil.

“Hazırda Rusiya öz buğda ixracına kvota və əlavə vergilər tətbiq edir. Son bir ildə dünya maliyyə bazarlarında pandemiya ilə bağlı təkcə buğdanın  qiymətlərində 4 faiz yüksəlmə qeydə alınıb. Buna ölkələrin  tətbiq etdikləri kvota və vergilər səbəb olub.  2020-2021-ci illərdə istehsalın hansı səviyyədə olacağını bilmədiyimiz  üçün, üstəlik qlobal istiləşmə və s. kimi amilləri də nəzərə alaraq,  taxıl məhsullarının qiymətində ucuzlaşma gözlənilmir.Mərkəzi banklar yumşaq pul siyasəti tətbiq edirlər. Bütün ölkələrin mərkəzi bankları yumaq pul siyasəti yürütdüklərinə görə,  ciddi likvidlik var. Bu likvidliyin bir hissəsi investisiyalara yönəlir, indekslər yüksəlir, qızıl , qida, kənd təsərrüfatı məhsullarının qiymətində yüksəlmə var. Biz də 1 milyon ton buğda idxal edən ölkə olaraq  yəqin təsirlənəcəyik. Buğdanın  bizə ucuz başa gəlməsinin ən yaxşı yolu daxili istehsalçılara dəstək verilməsidir”,- deyə iqtisadçı qeyd edib.

 İlhamə Rəsulova

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
Son xəbərlər
Bütün xəbərlər »