Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qırğızıstan və Tacikistan qoşunlarını sərhəddən geri çəkib
Qırğızıstan və Tacikistan qoşunlarını sərhəddən geri çəkib

Qırğızıstan Sərhəd Mühafizə Xidməti sərhəddə və münaqişə baş verən ərazilərdə vəziyyətin sabit olduğunu, ötən gecə heç bir insidentin qeydə alınmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, Bişkek və Düşənbə hərbi hissələrinin sərhəddən geri çəkilməsi prosesini başa vurub.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətindən verilən məlumatda bildirilir ki, tərəflər, razılaşmaya görə, dövlət sərhəd xəttində olan əlavə qoşun və hərbi texnikaları münaqişə zonasından kənarlaşdırıblar.

İki ölkənin Müdafiə Nazirliyinin nümayəndələrində təşkil olunnan ortaq komissiya hərbi hissələrin və hərbi texnikanın əvvəllər yerləşdiyi əraziyə baxış keçirməyə davam edir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »