Balakən rayonunda yanğın hadisəsi baş verib.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları və dam örtüyü yanıb.
Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb