Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Molla evə soxularaq üç uşaq anasını qətlə yetirib
Qandal - Həbs

Lerik rayonunun Barzavu kəndində aprelin 28-də gecə baş vermiş qətlin üstü açılıb. Məlum olub ki, 1981-ci ildə anadan olmuş kənd sakini, 3 uşaq anası, övladlarından biri hazırda orduda xidmət edən, İkinci Qarabağ müharibəsində döyüşən Zəkifə Feyruz qızı Fərziyevanın boğazını kəsərək onu xüsusi amansızlıqla qətlə yetirən elə həmin kəndin mollasıdır.

Kənd sakinlərinin modern.az-a verdiyi məlumata görə, Murad Əsgərov adlı həmin molla Lerikin tanınmış din xadimlərindən hesab olunur və öldürdüyü qadının qonşusudur. Molla Murad Əsgərov qonşuluqda yaşayan Z.Fərziyevanın evdə tək olduğunu bilərək gizli şəkildə onun evinə soxulub və qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. Z.Fərziyeva müqavimət göstərərək qışqırmağa başlayıb və "evə oğru girib" deyərək qonşularını köməyə çağırıb. Qadının qışqırdığını görən M.Əsgərov cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazını kəsərək, onu amansızlıqla qətlə yetirib.

Kənd sakinləri bildirib ki, M.Əsgərov ötən gün polis tərəfindən saxlanılıb. Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Z.Fərziyevanın həyat yoldaşı Rusiyaya işləməyə gedib, bir oğlu isə Vətən Müharibəsinin iştirakçısıdır və hazırda Şuşada hərbi xidmətddədir.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
››› Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub
Son xəbərlər
Bütün xəbərlər »