Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Viktor Qasımov: ""Sputnik V" yüksək effektliliyə malikdir"
Viktor Qasımov

“Bildiyiniz kimi dünyada koronavirus pandemiyası davam edir və artıq iki ildir biz bu vəziyyətdə yaşayırıq. Xəstəliklə mübarizədə dünya ölkələri tərəfindən görülən tədbirlər hələ ki, əsaslı dönüş yarada bilməyib”.

“Report”un məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Onun sözlərinə görə, pandemiya qarşı effektli mübarizə üsulu əhalinin peyvənd olunmasıdır:

“Bildiyiniz kimi, Azərbaycanda bu ilin yanvar ayından peyvəndlənməyə başlanılıb. Ölkə Prezidenti İlham Əliyevin və hörmətli Birinci Vitse-Prezident Mehriban Əliyevanın siyasi dəstəyi və gündəlik nəzarəti nəticəsində artıq ölkəyə 2 milyondan yuxarı peyvənd materialı gətirilib.

İlk olaraq Çin istehsalı peyvəndindən istifadə olunub. Sonra “AstraZeneca” vaksinləri gəldi. Bu gün burada “Sputnik V” vaksininin də gəldiyinə şahid olduq. “Sputnik V” özünü dünyada çox yaxşı göstərib və artıq dünyanın 60-dan çox ölkəsində qeydiyyatdan keçib. Yüksək effektliliyə malikdir. Artıq 1 milyona yaxın vətəndaşımız peyvənd alıb və bu proses uğurla davam edir. Rusiya ilə Azərbaycanın yaxın münasibətləri var və bu gün vaksinlərin gəlməsi də bunun bariz nümunəsidir”.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
››› "Space" TV-nin yeni rəhbəri istefa verdi
Son xəbərlər
Bütün xəbərlər »