Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN: "Azad Rəhimovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır"
Azad Rəhimov

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) gənclər və idman naziri Azad Arif oğlu Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

APA-nın məlumatına görə, başsağlığında deyilir:

“Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Arif oğlu Rəhimov ömrünün 57-ci baharında vəfat edib. Ulu öndər Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin dəst-xəttinə, Azərbaycanın dövlətçilik ənənələrinə sadiqliyi, çalışdığı məsul vəzifədə nümayiş etdirdiyi yüksək peşəkarlıq onun Azərbaycanın milli maraqlarının qorunması naminə fəaliyyətində xüsusi rol oynayıb. Azad Rəhimovun ölkəmizdə idmanın inkişafı və gənclərlə iş sahəsində fəaliyyəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Azad Rəhimov gənc nəslin sağlamlığı, intellektual və fiziki inkişafında, gənclərin vətənpərvər, dövlətinə sədaqətli, savadlı, sabahın layiqli vətəndaşları kimi yetişməsində, onların ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakının təmin olunmasında yaxından iştirak edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə təsdiqlədiyi Dövlət proqramlarının uğurla həyata keçirilməsində, Azərbaycanın hər bir bölgəsində idman arenalarının, Olimpiya komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsində, ölkəmizdə böyük idmançı ordusunun formalaşmasında, idmanın kütləviliyinin təmin edilməsində onun xüsusi xidmətləri olub. Dünyanın inkişaf etmiş idman mərkəzlərindən birinə çevrilən Azərbaycanın mötəbər idman yarışlarına ev sahibliyi etməsi, ölkəmizdə Avropa, dünya çempionatlarının yüksək səviyyədə təşkili, beynəlxalq idman qurumları ilə əlaqələrin inkişafında Azad Rəhimov üzərinə düşən məsuliyyəti dərindən dərk edərək bilik və bacarığını əsirgəməyib.

Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı Azad Rəhimovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Allah rəhmət eləsin!”

Paylaş »
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »