Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı tələbə dünyanın ən böyük hüquq gənclər təşkilatına vitse-prezident seçilib
Samirə Səfərova, Anar Bağırov

Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Avropanın 44 ölkəsində 350-dən çox şəhər və universiteti, o cümlədən 54500-dən çox gənci özündə birləşdirən dünyanın ən böyük hüquq gəncləri və tələbələri təşkilatıdır.

Bu təşkilatın əsası 1981-ci ildə, Azərbaycan nümayəndəliyinin əsası isə 2010-cu ildə qoyulub. ELSA-nın əsas fəaliyyəti gənclər üçün hüququn müxtəlif sahələrinə dair faydalı yerli və beynəlxalq tədbirlər, müsabiqələr, ölkələrarası təcrübə proqramları keçirməklə, onların inkişafına dəstək göstərməkdir.

Bizimyol.info xəbər verir ki, ELSA-nın Azərbaycandakı Milli İdarə Heyəti üzvü Samirə Səfərova bugünlərdə keçirilən Beynəlxalq Şura Toplantısında 20-dən çox ölkənin səsini toplayaraq, Beynəlxalq İdarə Heyətinin (BİH) Akademik Fəaliyyətlər üzrə vitse-prezidenti seçilib.

Beynəlxalq İdarə Heyəti təşkilatın ali icra orqanıdır. Bu qurumun 8 üzvü Belçikanının Brüssel şəhərindəki ELSA-nın baş ofisində bir illik fəaliyyət göstərir. Onların əsas işi üzv ölkələrdən verilən məlumatları toplamaq, onları müvafiq hazırlamaq, o cümlədən ölkə və şəhər qrupların əlaqələndirilməsi və idarə edilməsidir.

Anar Bağırov Anar Bağırov

Samirə Səfərova Vəkillər Kollegiyası və ELSA Azərbaycanın təşəbbüsü ilə fəaliyyətə başlamış “ProDemos – Xalq üçün” təşkilatının da İdarə Heyəti üzvüdür. Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu uğur münasibətilə Samirə Səfərovanı təbrik edib. Kollegiyanın hər zaman gənclərin yanında olduğunu vurğulayan Vəkillər Kollegiyasının sədri ona Azərbaycan vəkilliyinin 100 illik yubileyinə həsr olunmuş markalar hədiyyə edib.

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »