Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı hərbi ekspert: “Ağdam atom bombası atılmış Xirosima və Naqasakini xatırladır"
İqor Korotcenko

“Kim burada olursa, həmin insanda bura atom bombası atıldığı hissi yaranır”.

Bunu bu gün Ağdamda səfərdə olan Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

İ. Korotçenko deyib ki, dağıdılmış Ağdam atom bombasının atılması nəticəsində dağılmış Xirosima və Naqasakini xatırladır: “Ermənilər burada, əlbəttə, atom bombası partlatmayıblar, onlar burada Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar. Dağıntıların miqyası insanı dəhşətə salır. Hazırda dünyada əyani surətdə vandalizm, nifrət və düşmənçiliyin nəticələrini göstərən belə yer yoxdur. Bu, hərbi cinayətdir. Ermənistanın siyasi-hərbi rəhbərliyi buna beynəlxalq tribunalda cavab verməlidir. Bu əməli bağışlamaq mümkün deyil. Bu, insanlığa qarşı cinayətdir. Birinci və İkinci Qarabağ müharibəsini alovlandıran erməni siyasətçilər, bu vandalizmi törədən, 1 milyondan artıq azərbaycanlını doğma torpaqlarından qovan erməni hərbçiləri və erməni silahlıları törətdikləri hərbi cinayətlərə görə cavab verməlidirlər".(apa)

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »