Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: “Ermənistan Rusiyanın üzünə gülümsəyərək ona arxadan zərbə vurur”
Yevgeniy Mixaylov

“Hesab edirəm ki, heç yerdə, o cümlədən əvvəllər SSRİ-nin tərkibində olmuş ərazilərdə faşistlərə abidələr ucaldılmamalıdır. Rusiyalı əsgərlərin yaxınlıqda Garegin Njdenin – insanların, Sovet vətəndaşlarının qətlini təbliğ edən və bunda iştirak edən bir adamın abidəsinin olduğunu bilə-bilə mayın 9-da necə yürüş edəcəklərini anlamıram. Njde tarixdə Üçüncü Reyxin generalı kimi, yəni bütün millətlərin qətlini təbliğ edən bir faşist kimi qalıb”.

Bunu “Report”un Rusiya bürosuna beynəlxalq münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov deyib.

Ekspert erməni tərəfinin mövqeyini anlamadığını qeyd edib: “Ermənistan Rusiyanın bu cür abidələrə və faşizmin idealizasiyasının təbliğinə münasibətinin necə olduğunu çox yaxşı bilir. Rusiya artıq Njdenin kim olduğunu açıq bəyan edib. Bu abidənin Xocavənddə saxlanılması Rusiyaya meydan oxumaq deməkdir. Rusiya hər zaman öz öhdəliklərinə riayət edib və etməyə davam edəcək. Buna görə də düşünürəm ki, ermənilər özləri bu abidəni sökməlidirlər. Amma onlar əksinə, #BuSizinÜçünArmavirDeyil kimi aksiyalar təşkil edirlər. Fikrimcə, Rusiya sərt bir mövqe göstərib mayın 9-dan əvvəl bu abidənin məhv edilməsini, yer üzündən silinməsini tələb etməlidir. Başqa cür ola bilməz. Faşizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir. Ermənistan sanki üzümüzə gülümsəyir, amma digər tərəfdən də bizə arxadan zərbə vurur”.

ABŞ prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı son açıqlamasını şərh edən rusiyalı ekspert vurğulayıb: “Amerika heç vaxt yardımçı olmayacaq. Amerika bölgədə xaosun olmasında maraqlıdır. Əlbəttə ki, bu ölkənin yardımı elə bundan – yəni “soyqırımı” ilə bağlı bəyanat verməklə Ermənistanın millətçi qüvvələrinə qisas almaq ümidi verməkdən ibarətdir. Amerika hər vasitə ilə dünyanın hər yerində öz təsirini qorumağa çalışır. Amma bu, onda alınmayacaq. Amerikalılar oturduqları budağı özləri kəsiblər. Türkiyə, həmçinin Azərbaycan Rusiya ilə daha da sıx əməkdaşlığa başlayacaq”.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »