Bu gün Xəzər dənizində daha bir zəlzələ olub.
Bizimyol.info xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 10:32-də qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanın maqnitudası 3,1, dərinliyi isə 62 km olub.
Qeyd edək ki, bu gün Xəzər dənizində daha iki zəlzələ qeydə alınıb.