Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerevanda bələdiyyə başçıları arasında silahlı toqquşma olub
Yerevanda bələdiyyə başçıları arasında silahlı toqquşma olub

Ötən gecə Yerevanda silahlı insident baş verib.

Bizimyol.info xəbər verir ki, erməni KİV-nin məlumatına görə, saat 00: 20-də Erebuni tibb mərkəzindən polisə üç nəfərin güllə yarası, bir nəfərin isə bıçaq xəsarəti ilə xətəxanaya gətirildiyi barədə məlumat verib.

Yaralılar Toxmax məhəlləsində yerləşən qəbiristanlığın yaxınlığındakı ərazidən götürülüb.

Yaralananlar arasında  Şenqavit və Malatya inzibati bölgələrinin bələdiyyə başçıları da var.  Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən bir avtomat, bir tapança, istifadə olunmuş patronlar və qan izləri aşkarlayıblar.

İnsidentlə əlaqədar Ermənistanın şəhərlərindən birinin meri axtarışa verilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »