Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

Aprelin 30-d0 Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yenikənd və Burunqovaq kəndlərində yas mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvanlara gələrək yas mərasimini dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »