Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadakı azərbaycanlı miqrantlar vahid sənədlə təmin ediləcəklər
Moskva, Rusiya

Rusiyadakı bütün miqrantlar, o cümlədən azərbaycanlılar Daxili İşlər Nazirliyi tərəfindən ölkədə uzun müddət qalmaları üçün elektron sənədlə təmin ediləcəklər.

Virtualaz.org bildirir ki, bu barədə yerli KİV-in sorğusuna cavab olaraq nazirliyin mətbuat mərkəzindən məlumat verilib.

Nazirlik sənədin tətbiqinin müddətini açıqlamayıb.

Qeyd edilir ki, xarici ölkə vətəndaşlarının Rusiya Federasiyasında uzunmüddətli qalmaları üçün məcburi şərtli elektron məlumat daşıyıcısı kimi vahid sənədlər hazırlanacaq. Vahid sənədlərin xarici ölkə vətəndaşlarına 10 ilə qədər müddətinə verilməsi planlaşdırılır.

Sənəddə onun sahibi haqqında informasiya yerləşdiriləcək. Məlumatların siyahısı, habelə vahid sənədin qeydiyyatı, verilməsi qaydası federal qanun layihəsi və müvafiq qaydaların hazırlanması zamanı dəqiqləşdiriləcək.

Daxili İşlər Nazirliyi apreldə bildirib ki, ölkədə Özbəkistanın 300 min nəfər, Tacikistanın 200 min nəfərdən çox sakini, həmçinin Ukraynadan, Azərbaycandan, Ermənistandan, Qırğızıstandan və Qazaxıstandan yüz minlərlə miqrant var. Nazirlik apreldə onların Rusiya ərazisində qalma müddətini uzatmağa söz verib.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »