Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Aİ-nin 8 vətəndaşına ölkəyə giriş qadağası qoydu
Rusiya

Rəsmi Moskva Avropa İttifaqı ölkələrinin 8 vətəndaşına və rəsmi struktur nümayəndələrinə Rusiyaya gəlməyi qadağan edib.

“Qafqazinfo” xəbər verir ki, “qara siyahı”ya Avropa Parlamentinin rəhbəri David Mariya Sassolinin də adı daxil edilib. Bildirilir ki, bu addım Rusiyanın 6 vətənadaşına Aİ ərazisinə girişin qadağan edilməsindən sonra atılıb.

Rusiyanın ölkə ərazisinə girişinə qadağa qoyduğu şəxslər bunlardır:

Latviyanın elektron KİV üzrə Milli Şurasının sədri İvars Abolinş,

Latviyanın Dövlət Dili Mərkəzinin direktoru Maris Baltinş,

Fransa nümayəndə heyətinin AŞPA-dakı üzvü Jak Mer,

Berlin prokurorluğunun rəhbəri Royq Raupax,

Avropa Parlamentinin rəhbəri David Sassoli,

İsveç Kimyəvi, Bioloji, Radiasiya və Nüvə Təhlükəsizliyi Laboratoriyasının rəhbəri Ose Skott,

Eston Dili Departamentinin rəhbəri İlmar Tomusk,

Avropa Dəyərləri və Şəffaflıq Komissiyası sədrinin müavini Vera Yurova.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
Son xəbərlər
Bütün xəbərlər »