Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Departamenti: Baydenin 24 aprel açıqlaması Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımır
Co Bayden

ABŞ Prezidenti Co Baydenin 24 aprel açıqlaması Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımır.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentindən “Anadolu” agentliyinin müxbirinə daxil olan yazılı açıqlamada bildirilib.

“ABŞ Prezidentinin son açıqlaması ABŞ məhkəmələrinin mülki yurisdiksiyası qarşısındakı Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımayıb, bu vəziyyət Xarici Dövlət Toxunulmazlığı Qanunu ilə tənzimlənməkdədir”, - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin 24 apreldə etdiyi açıqlamasında 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsinə Türkiyə tərəfi sərt reaksiya verib.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Avropa ölkəsi Rusiyanın nüvə hədəfinə necə çevrildi...
Son xəbərlər
Bütün xəbərlər »