Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Ərdoğandan niyə küsüb... – Fransa mətbuatı
Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan

Rusiya qoşunlarını Ukrayna ilə sərhəddən uzaqlaşdırmalı oldu. Halbuki hələ aprelin ortalarında ölkələrin yenidən savaşa atılacağı ehtimal olunurdu. Hətta ABŞ və Böyük Britaniya Ukraynaya köməyə tələsmişdi.

Bizimyol.info xəbər verir ki, “Le Figaro” Rusiyanın daha çox Türkiyə-Ukrayna yaxınlaşmasından narahat olduğunu yazıb. Müəllif İzabel Lasser hələ yazının əvvəlində Kremlin gözlənilən manevrlərindən bəhs edib. Yazılıb ki, Moskva Qara dənizdə mövqelərini gücləndirməyə çalışır. Böyük ehtimalla dənizə Kerç boğazından keçid bağlanacaq.

“Türkiyə Ukrayna yaxınlaşması Vladimir Putinin xoşuna gəlmir. Buna görə tədbirlər həyata keçirilir. Birinci tədbir Qara dənizdə Rusiyanın gücünün artırılmasıdır. Bunu Ukrayna heç istəmir. İkinci tədbir Türkiyəni rus turistlərdən məhrum etməkdir. Kreml bir növ düşmən Ukraynaya və müvəqqəti müttəfiq Türkiyəyə xəbərdarlıq edir”.

“Le Figaro” yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Ankaraya səfəri Rusiyanı çox qıcıqlandırıb. Çünki Kiyevin Türkiyədən gözləntiləri var. Hər şeydən əvvəl Zelenski ordunu yaxın ölkənin pilotsuz uçuş aparatları ilə gücləndirmək istəyir.

“Əslində, Ankaranın Kiyevə dəstəyi siyasi xarakter daşıyır. Ukrayna 2014-cü ildən Türkiyənin timsalında etibarlı müttəfiq tapıb. Ankara Krımın anneksiyasını qəbul etməyib. Ərdoğan Zelenski ilə görüşdə açıq dedi ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımın, Donbass və Luqansk vilayətlərinin işğalına son qoymaq lazımdır. Türkiyə prezidenti Ukraynanın NATO-ya qəbulunun da tərəfdarıdır. Bu isə Putin üçün qəbulolunmaz sayılır”.

Lasser qeyd edib ki, ukraynalıları beynəlxalq ictimaiyyətin Krımın anneksiyasına biganə münasibəti çox əsəbiləşdirir. Müəllif onların hər cür dəstəyə ümidlə yanaşdıqlarını yazıb.

“Türkiyə Krımın anneksiyasından sonra Krım tatarları ilə, Stalin dövründə repressiyaya uğramış türk mənşəli azlıqlarla yaxınlaşıb. Amma Ərdoğan üçün yaxınlaşma belə rəmzi məsələləri aşır. Onun məqsədi Vladimir Putinə təsir imkanlarını artırmaqdır. Onlar Qərbə qarşı müttəfiq olsalar da, Liviya, Suriya, Dağlıq Qarabağ məsələlərində rəqibdirlər”.

“Le Figaro” hesab edir ki, Ərdoğan üçün NATO qarşısında reputasiyası da əhəmiyyətlidir. Çünki Rusiyadan S-400 raket sisteminin alınması işləri korlayır. Ərdoğan Qərbə bütün müstəvilərdə Kremlin yanında olmadığını göstərmək istəyir.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »