Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
IX siniflər üçün buraxılış imtahanı modelinin strukturu açıqlanıb
İmtahan

Dövlət İmtahan Mərkəzi Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın məzmunu və forması, həmçinin modelinə dair nümunələri  təqdim edib.

Bizimyol.info xəbər verir ki, mərkəzdən verilən məlumata görə, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı bir mərhələdə keçirilir.

İmtahanda 85 tapşırıq təqdim edilir. İmtahan modelinin strukturu aşağıdakı kimidir:

Fənnin adı  Tapşırıqların tipi və sayı
Tədris dili  - Dil qaydalarına dair 10 qapalı tapşırıq;

- Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq; bunlardan 8-i qapalı, 2-si cavabı kodlaşdırıla bilən   açıq tipli (seçim)

  Cəmi: 30 tapşırıq

Riyaziyyat  - Qapalı tipli 21 tapşırıq;

- Cavabı kodlaşdırıla bilən açıq tipli (hesablama) 4 tapşırıq

  Cəmi: 25 tapşırıq

Xarici dil  - Dinləyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq; bunlardan 5-i qapalı və 1-i cavabı   kodlaşdırıla bilən açıq tipli (seçim);

- Dil qaydalarına dair 16 tapşırıq: bunlardan 14-ü qapalı və 2-si cavabı kodlaşdırıla bilən açıq tipli (seçim);

- Oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq; bunlardan 7-si qapalı və 1-i cavabı kodlaşdırıla bilən açıq tipli (seçim)

 Cəmi: 30 tapşırıq

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »