Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qandini bağışlamayan ermənilər azərbaycanlılarla barışa bilərmi?
Mahatma Qandi

Ermənilər Yerevanın mərkəzində Hindistanın siyasi və ictimai xadimi, Britaniya müstəmləkəçiliyinə qarşı mübarizənin lideri Mahatma Qandinin heykəlini yandırıblar. Rəsmi açılışı hələ baş tutmamış abidənin yandırılması Hindistanla Ermənistan arasındakı tərəfdaşlıq əlaqələrinə yəqin ki təsirsiz ötüşməyəcək.Yerevanda Qandiyə heykəl ucaldılması təşəbbüsü Ermənistan Xarici İşlər Nazirliyindən gəlmişdi. Qərar Ermənistanla Hindistan arasındakı dostluq münasibətləri kontekstində verilmişdi. Pakistan- Azərbaycan dostluğunun “ acığına” Yerevan Kəşmirlə bağlı Pakistanla münaqişə vəziyyətində olan Hindistanın mövqeyini dəstəkləyir.

Qeyd edək ki,Yerevanda Qandinin heykəli keçən il ucaldılsa da, elə həmin vaxtdan millətçilər tərəfindən narazılıqla qarşılanmışdı. Səbəb isə Mahatma Qandinin vaxtilə "erməni soyqırımı"nı inkar etməsi olub.

Ermənilər Qandinin Türkiyənin o vaxtkı rəhbərliyi ilə yaxın münasibətinin olduğunu da əsas gətirərək ömrünü humanizm prinsiplərilə yaşamış bu insana qəzəblərini gizlədə bilmirdilər. Bu məsələ ilə bağlı ən aktiv şəkildə çağırış edən "Alternativ meriya" hərəkətinin üzvü, aktivist Sona Aqekyandır.

Qandiyə qarşı törədilən bu vəhşilyi bizimyol.info-ya şərh edən siyasi şərhçi Turab Rzayev qeyd edib ki, Qandi bütün dünyada sülhün rəmzi sayılan bir şəxsiyyətdir.

Turab Rzayev Turab Rzayev

“O ordunun insanlara atəş adığı bir zamanda da sakit etiraz , silahsız mübarzə tərəfdarı idi.Ermənilərin etdiyi bu addım tək Qandiyə deyil, bütün bəşəriyyətin dinc ideyalarına qarşı edilən vəhşilik hesab olunmalıdır. "Sevgi insanlığın, şiddət heyvanlığın əlamətidir" deyən adamdır Qandi. Hindistanı Britaniya müstəmləkəsindən xilas edib azadlığa qovuşduran, Ermənistanın özünə dost hesab etdiyi Hindistanın müqəddəs saydığı şəxsiyyətdir. Erməni ruhu nə dost tanıyır, nə düşmən. Öz vəhşi xislətini yenə göstərdi.

70 il öncə yaşamış bir insana qarşı bu qədər kinlə dolu olan bir millətlə aramızda sülh barış mümkündürmü? Əlbəttə mümkün deyil. Erməni cəmiyyətinin böyük hissəsi xəstə şüura malikdir.Erməni keşiş öz dililylə deyir ki, bizim şeytandan qorunmağımıza ehtiyac yoxdur, biz seçilmişlərik, Hayın törəmələriyik.Ermənilər millət deyil, sekta olublar.Ona görə də müəyyən ideyalarla böyüdülürlər və onları bu ideyadan ayırmaq imkansız olur.Təklənmiş bir sektadırlar. Nə xristiandan xristiandırlar,marjinallaşmış bir qrupdular. Amma anlamalıdırlar ki, sağa, sola, yuxarıya, aşağıya ətrafındakı bütün qonşulara düşmən mövqe tutmaqla yaşamaq olmaz, bu dəyişilməlidir. Bunu anlayan bəzi ağıllı ermənilər var. Amma azlıq təşkil edirlər.Gürcüstana, bizə, Türkiyəyə, Krasnodara, Soçiyə, Abxaziyaya , qısası kompakt yaşadıqları hər yerə ərazi iddiası irəli sürüb saxta şəkildə qədim erməni tarixi yaratmaqla məşğuldurlar. Bu şəkildə dövlətçiliyin ömrü uzun ola bilməz”,- deyə ekspert qeyd edib.

Qeyd edək ki, Mahatma Qandi 1869-1948-ci illərdə yaşayıb. Hindistan Milli Konqresinin liderliyini öz üzərinə götürərək qadın azadlıqları, müxtəlif din və etnik qruplar arasında qardaşlıq, kasta və toxunulmazlıq ayrıseçkiliyinə son qoymaq, ölkənin özünü iqtisadi baxımdan təmin etməsi və ən önəmlisi Hindistanın müstəmləkə vəziyyətindən qurtulması istiqamətində ölkə miqyasında təbliğat həyata keçirib.

İlhamə Rəsulova

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
Son xəbərlər
Bütün xəbərlər »