Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan razılaşmaları pozur" - Ceyhun Bayramov
Ceyhun Bayramov

“Məqsədimiz məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması üçün şərait yaratmaqdır. İndi orada heç nə yoxdur, hər şey məhv edilib. Bu ərazilərin sözün əsl mənasında minalarla “zəhərlənmiş” olması hər şeyi qəlizləşdirir”.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Litvalı həmkarı Qabrielius Landsbergis ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir və bununla da əldə olunmuş razılaşmaları pozur.

“Litvalı həmkarıma keçən ilin noyabrın 10-dan bəri 22 nəfərin mina partlaması nəticəsində öldüyü barədə məlumat verdim. Dünya ictimaiyyəti də buna diqqət yetirməlidir”, – C.Bayramov vurğulayıb.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »