Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Təmiz hövzələr" aksiyası Şəmkirdə davam edib - Foto
IMG-20210424-WA0026_640x426
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Təmiz hövzələr" aksiyası çərçivəsində növbəti tədbir Şəmkir su anbarında keçirilib.

Bizimyol.info xəbər verir ki, Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Şəmkirdə baş tutan aksiyaya Azərbaycan Həvəskar Balıqçılar İttifaqının əməkdaşlarının da qoşulduğunu bildirib.

“Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Su Nəqliyyatında Polis İdarəsinin, Azərbaycan Həvəskar Balıqçılar İttifaqının əməkdaşlarının və ekokönüllülərin iştirak etdiyi aksiya çərçivəsində Şəmkir su anbarının 15 kilometrdən artıq sahəsi sintetik torlardan və plastik tullantılardan təmizlənib.

Aksiyanın keçirilməsində məqsəd ölkənin su hövzələrində nəzarət tədbirlərini intensivləşdirmək, brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə balıq ehtiyatlarının çoxalmasına nail olmaqdır”.

S.Məmmədova bildirib ki, "Təmiz hövzələr" aksiyası çərçivəsində yığılmış sintetik torlar və plastik tullantılar təkrar emala göndərilib.

Bizimyol.info

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »