Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-la rahat danışmağa hazır deyil
ABŞ - İran

“Der Spiegel” Vyananın əsas küçələrindən sayılan Rinqştrassedə dünya siyasətinin ən çətin danışıqlarından birinin getdiyini yazıb. Almaniya jurnalı Avstriya paytaxtının beşulduzlu otellərində baş verənləri çox əhəmiyyətli hadisə adlandırıb.

Bizimyol.info xəbər verir ki, ABŞ, İran, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniyadan olan diplomatlar 2015-ci ildə imzalanmış nüvə razılaşmasını xilas etməyə çalışır. “Der Spiegel” yazını diplomatların görüşünə həsr edib.

Raızlaşmaya görə, İran nüvə proqramını məhdudlaşdırmalıydı. Buna görə bizim qonşu ölkəni mükafat gözləyirdi. Yəni İrana iqtisadi güzəştlər olunacaqdı. Amma 2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp razılaşmanı birtərəfli qaydada pozmaq qərarı verdi. Onun xələfi Co Bayden bu addımı ləğv etməyi düşünür.

“Bayden əvəzində şərt qoyub ki, İran razılaşmanın bütün şərtlərinə ciddi əməl etsin. Tehran öz növbəsində Vaşinqtondan Trampın dövründə tətbiq olunan qadağaların ləğvini istəyir. Düşmən dövlətlər arasında birbaşa danışıqlar baş tutmasa da, bəzi iştirakçılar uğura inanır”.

Rusiyanı görüşdə təmsil edən Mixail Ulyanov “Der Spiegel”ə danışıb. O, ehtiyatlı optimizmin tərəfdarı olduğunu deyib: “Daha çox öz şəxsi fikrimi deyə bilərəm. Danışıqları uğurla başa çatdırmaqdan yaxşı alternativ yoxdur. Ümumi hərəkət planı çox vacibdir. Bu həm Fars körfəzindəki gərginliyi, həm də İran xalqının əzablarını azaldar”.

Ulyanov deyib ki, danışıqların ilk mərhələsi daha çətin keçib. Çünki İran üzərinə bir çox öhdəliklər götürməliymiş. Hər şeydən əvvəl 2015-ci ilin şərtlərinə qayıtmaq lazım gəlib. Bundan başqa, raket proqramı məhdudlaşdırılmalıydı. Eyni zamanda “Hizbullah” kimi hərbi qruplaşmalara dəstək dayandırılmalıydı.

“Bu, qətiyyən real görünmür, məhsuldarlığın əleyhinə çıxırdı. İranın nüvə proqramına nəzarət bölgənin təhlükəsizliyi məsələsindən fərqlidir. Keçən həftə danışıqların ikinci mərhələsi baş tutanda məndə belə təəssürat yarandı ki, bütün tərəflər ilkin razılaşmanın bərpasının əsas məqsəd olduğunu anlayıb”.

Diplomat yaxın vaxtlarda Tehranla Vaşinqtonun birbaşa görüşünün baş tutacağına inanmadığını bildirib. Ulyanov İranın ABŞ ilə rahat danışmağa hazır olmadığını deyib. O, Rusiyanın Yaxın Şərqdəki siyasətinin bəyəndiyini gizlətməyib. Ulyanov Kremlin Qərblə dil tapacağına inandığını söyləyib.

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »