Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilərin Mahatma Qandidən öyrənmədikləri
Mahatma Qandi
"Söylədiklərunizə diqqət edin; düşüncələrə çevrlər.

Düşüncələrinizə diqqət edin; duyğularınıza çevrilər.

Duyğularınıza diqqət edin; davranışlarınıza çevrilər.

Davranışlarlınıza diqqət edin; vərdişlərinizə çevrilər.

Vərdişlərinizə diqqət edin; dəyərlərinizə çevrilər.

Dəyərlərinizə diqqət edin; xarakterinizə çevrilər".

Bunlar mənim deyil, Mahatma Qandinin sözləridir. O Qandinin ki ta Cənubi Afrukalardan qayıdıb gəldi və əsrlərlə davam edən yadelli istibdadı yendi. Həm də zorla deyil, zorsuz. "Sevgi insanlığın, şiddət heyvanlığın əlamətidir" deyən Adam. Hindistanı Britaniya müstəmləkəsindən xilas edib azadlığa qovuşdurdu. Bəşəriyyətin ən böyük simalarından biridir. Bax, bu dahi şəxsiyyət, nəhəng siyasi və ruhani lider bir əsr sonra ermənilərin "xoşuna gəlməyib"; erməni vandallar Qandinin İrəvandakı heykəlini sındırıblar. İndi də dirəşiblər ki, heykəl, ümumiyyətlə, götürülməlidir.

Qandinin "günah"ı nə imiş?! Mustafa Kamal Atatürklə dost olmağı. Zatən "dostunu göstər. deyim sən kimsən" deyimi burda tam yerinı tutur. Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, əslində Qarabağın və Şərqi Zəngəzurun hər yerində dağıdılmış məscidlərimizi, abidəlırimizi, məzarlarımızı öz gözü ilə görsə belə, inanmaq istəməyənlər, buyursunlar, bir də Qandinin İrəvandakı heykəlinə baxsınlar. Düşməninin dostu bildiyi Qandinin heykəlini dağıdan bir zehniyyət özünə düşmən bildiyinə - bizə qarşı nələr etməz?! Və nələr, nələr etməyib?! Böyük tarixi şəxsiyyətin xatirəsini təhqirr etmək, bilirsiniz, nə idi?! Ermənistanı İran ərazisindən keçməklə Hind okeanına çıxarmaq - blokadadan qurtarmaq üçün nəqliyyat arteriyası açmağa çalışan Hindistanatipik erməni "təşəkkürü"... Biz belə bir zehniyyətlə qonşuyuq, belə bir zehniyyət də bizə düşmən. Ardını ən azı Hindistan özü təsəvvür edər.

Və nəticə: ermənilər, ya da ən azı onların radikalları Qandini ya heç oxumayıblar, ya oxuyub anlamayıblar, ya da anlasalar da, məhəl qoymayıblar. O üzdən, söylədikləri düşünclrinə, düşüncələri duyğularına, duyğuları davranışlarına, davranışları vərdişlərinə, vərdişləri dəyərlərinə, dəyərləri isə xarakterlərinə çevrilib.

Daha doğrusu, xaraktersizliyə...

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »