Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Onlayn alış-veriş zamanı ehtiyatlı olun, hesabınız soyula bilər
Plastik kart

Vətəndaşlardan gələn şikayətlərin bir qismi də bank hesablarına edilən onlayn hücumları, bank kartlarından vəsaitlərin silinməsi ilə bağlıdır.

Məsələn, hər hansı bir alış-veriş saytına nə isə satışa qoymusuz. Rusiya, ABŞ və ya hər hansı başqa bir ölkə koduyla xarici nömrədən Vatsapa zəng glir və malı almaq istədiklərini bildirilər.

Adətən, müraciət bu şəkildə olur. “Mənə kartınızın nömrəsini göndərin. Sonra sizə SMS-lə kod gələcək, onu mənə deyin, mən satışa qoduğunuz malınızın pulunu kartınıza göndərim. Mən özüm Azərbaycanda deyiləm, ona görə də malı sizdən filankəs götürəcək və s.

Nə ilə qarşılaşacağını bilməyən vətəndaşların çoxu aldanır. Hesab nömrəsini, kartının şəklini göndərdikən sonra kartında olan bütün vəsait dərhal silinir.

Bundan əlavə onlar bank əməkdaşlarının adından saxta sosial şəbəkə hesabları yaradraq bank əməliyyatlarının həyata keçirilməsi üçün kart hesab məlumatlarının, təsdiqləmə kodlarının təqdim edilməsini tələb edirlər. “Kapital Bank”, “Unibank”ın adından istifadə hallarına dair şikayətlər olmuşdu və bununla bağlı rəsmi açıqlama da yayılmışdı.

İnformasiya texnologiyaları mütəxəssisi Emin Nofəlov bildirir ki, informasiya texnologiyaları inkişaf etdikcə boşluqlar da yaranır. Hücum edənlər sosial araşdırmalar edirlər.

Gələn zənglərin xaricdən olmasına baxmayaraq, gələn zəng Azərbaycandandır. Amma bu kimi əməlləri xaricdə də oturub burada yaşayan vətəndaşa qarşı törədə bilərlər. Bunu etmək çətin deyil. Müxtəlif proqramlar var. Onlar müxtəlif üsullardan istifadə edirlər. Ya alış-veriş edərkən kartınıza pul köçürəcəklərini deyirlər, yaxud nömrənizin hansısa lotereyada qalib gəldiyini bildirərək müxtəlif şifrələr, pasport nömərləri, bank hesablarının nömrələrini öyrənirlər. Kart hesab nömrəsi, etibarlılıq müddəti, CVV kodu (kartın arxa hissəsindəki üçrəqəmli kod), həmçinin təsdiqləmə kodlarını əldə edən şəxs asanlıqla hesabınızdan vəsait çıxara bilər. Bank kartlarının şəklini çəkməklə qarşı tərəfə ötürmək, telefona gələn təsdiqləmə kodlarını (OTP) digər şəxslərlə paylaşmaq olmaz.

Daha bir xoşagəlməz məqam bank kartlarından hansısa ödənişli səhifələrə , oyunlara görə kart sahibindən icazəsiz pul silinməsidir. Adətən külli miqdarda olmayan bu silinmələr öncə diqqət çəkməsə də, müntəzəm olaraq silinməyə başlayır. Bu barədə kart sahibinin nömrəsinə SMS bildirişlər gəlməyə də bilir. Məsələ ilə banka müraciət edib yalnız kartın online satış imkanlarını məhdudlaşdırmaq olur. İtmiş vəsaiti geri qaytarmaq mümkün olmur. Halbuki bizim bank kartlarımız sığortalanıb və hər xidmətə görə xidməthaqqı veririk. Bankların bu problem də həll etməsi yaxşı olardı.

Əldə etdiyimiz məlumata görə Azərbaycan Banklar Assosiasiyası bu kimi problemlərin qarşısını almaq, təhlükəsizlik tədbirlərini gücləndirmək üçün yeni tədbirlər planı işləyib hazırlayır.

Sadəcə ayıq- sayıq olmaq lazımdır. Havayı pendir yalnız tələdə olur.

İlhamə Rəsulova

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »