Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 kq ağırlığında qızıl sikkə hazırlandı
qızıl sikkə

Böyük Britaniyanın Kral Sikkə Evi (Royal Mint) 1100 illik tarixində diametri 20 sm olan, 10 kq ağırlığında və 10 min funt sterlinq nominalında (təxminən 13,9 min dollar) ən böyük qızıl sikkəsini zərb edib.

BiznesMedia xəbər verir ki, bu barədə “Royal Mint” tərəfindən yayılan məlumatda deyilir.

Ənənəvi bacarıqları qabaqcıl texnologiya ilə birləşdirən sənətkarlar qrupu tərəfindən yaradılan sikkənin hazırlanmasına 400 saat sərf olunub.

Onun üzərində ətrafında aslan, griffin, şahin, öküz, yeyl (buynuzlu və iri dişli mifik heyvan), tazı, əjdaha, təkbuynuz və at da daxil olmaqla, 10 heyvanın olduğu Kraliça II Yelizavetanın şəkli həkk edilib.

Numizmatika üzrə rekordsmen artıq satışa çıxarılıb. Lakin sikkə nominal dəyəri üzrə satılmayacaq. “Royal Mint”in məlumatına əsasən, nəhəng sikkənin qiymətini yalnız onu almaq üçün müraciət etdikdən sonra bilmək olar.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
Son xəbərlər
Bütün xəbərlər »