Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aqrar sektor niyə inkişaf edə bilmir...
aqrar sektor, əkin, kənd təsərrüfatı, fermer

Dövlət uzun illərdir aqrar sektora, kənd təsərrüfana dəstək göstərir. Dövlət tərəfindən subsidiyalar, yardımlar ayrılır, lakin ümumi trenddə artım müşahidə edilmir. Bunun səbəbi nələrdir? Subsidiyalar hansı formada verilməlidir?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Bizimyol-ya açıqlaması zamanı bildirib ki, əvvəllər subsidiyalarla vəziyyət daha pis idi.

Natiq Cəfərli Natiq Cəfərli

“Hektara, əraziyə görə verilirdi. Çox yalnış bir yanaşma idi. Çox zaman kağız üzərində hektarların artmasına, müəyyən korrupsiya sistemlərinin yaranmasına səbəb olurdu. Son bir neçə ildə subsidiyaların məhsulun son həcminə və keyfiyyətinə görə verilməsinə keçid edilir. Doğru olan da budur. Çünki fermer bilməlidir ki, son məhsulun həcmi və keyfiyyətindən onun alacağı subsidiyalar asılıdır. Təssüf ki, burda da bir çeviklik yoxdur. Məsələn, iki fermer düşünün. İkisi də eyni məhsul istehsal edir. Biri çox keyfiyyətlidir, məhsuldarlığı yaxşıdır. O birisi isə eyni adlı məhsulda daha az keyfiyyətlidir amma eyni subsidiyanı alır. Burada biraz yanaşma dəyişməlidir”.

İqtisadçının sözlərinə görə, subsidiyaların stimullaşdırılması son məhsulun keyfiyyətinə və həcminə görə dəyişməlidir.

“Çevik bir modelin formalaşmasına ehtiyac var. Bu subsidiyaları alan şəxs bundan yatırım kimi istifadə etsin. Təssüf ki, bizdə çox zaman belə bir stuatsiya yaranır ki, subsidiya alıb ehtiyaclarını qarşılayırlar. Amma daha yaxşı olardı ki, subsidiyalar istehsalın genişlənməsinə, yeni texnologiyaların, toxumların tətbiqinə sərf olunsa daha çox inkişaf olar. Mənə elə gəlir ki, subsidiyaların verilməsində müəyyən irəliləyiş var. Bunu daha mütərəqqi hala gətirmək lazımdır”.

Leyla Mirzə

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
Son xəbərlər
Bütün xəbərlər »