Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil naziri: "Hələ də Azərbaycanın PİSA və TEAMS-də təbiət elmləri üzrə göstəriciləri aşağıdır"
Emin Əmrullayev

“Təhsil innovasiyaları və iqtisadiyyatın sintezi Azərbaycanın gələcək inkişafının ən əsas açar sözləridir”.

Bunu "Təhsil, İnnovasiyalar və İqtisadiyyat" mövzusunda keçirilən panel müzakirəsində Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, iqtisadi artım tempi təhsil nəticələri ilə sıx əlaqəlidir: "Bu iki dəyişən arasında qarşılıqlı asılılıq olduqca vacibdir. Yəni təhsil nəticələri iqtisadiyyata, iqtisadiyyatın inkişafı isə təhsilin inkişafına təsir edir. Amma məhz bacarıqların hansı səviyyədə olması olduqca vacib məsələdir".

Nazir deyib ki, TEAMS bir tədqiqatdır, IV və VIII sinifdə oxuyan şagirdlərin beynəlxalq səviyyədə biliyini müqayisə etmək imkanı verir: "Məlumat üçün deyim ki, 500 bal burada orta göstəricidir. Yəni ölkə 500 baldan yuxarı nəticə toplayırsa, onun şagirdləri bu tip tədqiqatda iştirak edən ölkələrlə müqayisədə ortadan yuxarı nəticə göstərmiş hesab olunur. Azərbaycan ilk dəfə 2019-cu ildə IV sinifdə oxuyan, yəni 10 yaşlı uşaqlara görə öz tarixində ilk dəfə orta nəticədən yuxarı nəticə göstərib. Bizim buna qədər belə nəticələrimiz olmayıb. Hələ də bizim PİSA (Təhsil keyfiyyətinin monitorinqi proqramı) və TEAMS-də təbiət elmləri üzrə göstəricilərimiz aşağıdadır".

E.Əmrullayev qeyd edib ki, TEAMS-də 2019-cu il üzrə nəticələr yəqin ki, 2014-2017-ci illərdə keçirilmiş islahatların nəticəsidir: "Burada biz 10 yaşlı adamlardan danışırıq. Bu adamlar təxminən 10-15 il sonra əmək bazarına daxil olacaqlar. Azərbaycan 2011-ci ildən 2019-cu ilə qədər 463 baldan 515 bala çatıb. Bu, TEAMS tarixində ən çox artım edən ölkədir. Bu göstərici rekord dinamikadır. Təhsilin aşağı yaşlarında, ibtidai təhsildə riyaziyyatın artımı yaxşı xəbərdir. Bu, beynəlxalq qiymətləndirmə olduğuna görə Azərbaycanın digər indekslərinə də təsir edəcək".

E. Əmrullayev əlavə edib ki, amma hələ də irəlidə olan ölkələr var: "Yüksək nəticə göstərmiş şagirdlərin innovasiyalar etmək, iqtisadiyyatın artımına töhfə vermək imkanları daha çox olacaq. Hazırda bizim 1 milyon 600 min şagirdimiz var. Təbii ki, təhsilin birinci məsələsi məzmundur. Məzmun uyğunluğu olduqca vacibdir və biz uşaqlarımızı keçmişdə öz oxuduğumuz və zövq aldığımız məzmunla yox, gələcəkdə onların üzləşdiyi reallıqlara uyğun hazırlamalıyıq. Amma bu fikir nə qədər yaxşı səslənsə də, reallaşması o qədər asan deyil".

“Rəqəmsal bacarıqlar” layihəsi haqqında danışan nazir deyib ki, bu, İnformatika fənninə yeni baxışdır və tamamilə layihə əsaslı öyrənmə, şagirdlərdə kodlaşma bacarığının inkişafına yönəlib: "Son illər ərzində 160 min şagirdi bu məzmunla əhatə edə bilirik”.(apa)

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »