Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suraxanı rayonunda evlərdən oğurluq edənlər saxlanılıblar - Video
Həbs

Paytaxtın Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini Raqif Nuriyev saxlanılıb. Onun ayrı-ayrı vaxtlarda Hövsan və Binə qəsəbələrində yük maşınlarının ehtiyat hissələrini oğurladığı məlum olub. Raqif Nuriyevin zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurduğu məlum olub.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində yeni tikilməkdə olan evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı Bakı şəhər sakinləri Mirağa Seyidov, Seymur Nağıyev, Hüseyn İsmayılov və Həsən Gəncəliyev tutularaq istintaqa təqdim olunublar.

Onların Suraxanı rayonunun əsasən Hövsan qəsəbəsində yeni tikilməkdə olan 10-a yaxın evdən məişət və tikinti əşyaları oğurladıqları məlum olub. Bu şəxslərin ev sahiblərinə ümumilikdə 15 min manat yaxın maddi ziyan vurduqları məlum olub.

Qeyd edilən faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
Son xəbərlər
Bütün xəbərlər »