Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər qazanacaq”
Bakı şəhəri

“Azərbaycanın praqmatik, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığa əsaslana xarici siyasət kursu təkcə ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət etmir. Bu, eyni zamanda, həm regional, həm də qlobal güc mərkəzləri üçün strateji cəlbediciliyə malikdir. Ona görə də dünya siyasətində mühüm təsir mexanizmlərinə malik olan dövlətlər Azərbaycanla əməkdaşlığa böyük önəm və üstünlük verirlər”.

Bu fikirləri “Bizim yol”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Nurlan Qələndərli Nurlan Qələndərli

Onun sözlərinə görə, Azərbaycan regionda etibarlı təhlükəsizlik və əməkdaşlıq mühiti yaradıb, ölkəmizin liderliyi ilə reallaşdırılan enerji və nəqliyyat-kommunikasiya layihələri Avrasiyanın geostrateji xəritəsinin yenidən dizayn olunmasını şərtləndirib:

“Azərbaycan Şərq ilə Qərb arasında siyasi və mənəvi körpü yarada bilib. Üstəlik, ölkəmizin perspektivə strateji baxışı aydındır. Postmünaqişə mərhələsində Azərbaycanın irəli sürdüyü təşəbbüslər miqyasına görə regional, strateji əhəmiyyətinə görə qlobal xarakterlidir. Ölkəmiz regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün çoxtərəfli əməkdaşlıq platformasının yaradılması məsələsində prinsipial geosiyasi iradə nümayiş etdirir. İndiki mərhələdə Azərbaycan Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər qazanacaq. Azərbaycanın fəal iştirakı və üstün mövqeyi fonunda cərəyan edən bütün bu proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək”.

“Bütövlükdə, Azərbaycan Cənubi Qafqazı qarşıdurma deyil, inteqrasiya və işbirliyi məkanına çevirib. Böyük dövlətlər regionda yaranacaq çoxtərəfli əməkdaşlıq platformasında iştirakın məhz Azərbaycanla əməkdaşlıqdan keçdiyini yaxşı bilirlər. Bu səbəbdən, qeyd etdiyim kimi, ölkəmizlə münasibətlərin inkişafına prioritet məsələ kimi xüsusi əhəmiyyət verirlər və bu istiqamətdə strateji addımlar atırlar”.

İlhamə RƏSULOVA

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »