Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid Xudayar Yusifzadə barəsində paylaşım edən şəxsi döyənlər müəyyən edilib
Şəhid Xudayar Yusifzadə barəsində paylaşım edən şəxsi döyənlər müəyyən edilib

Sosal şəbəkədə şəhid Xudayar Yusifzadə barəsində ironik paylaşım edən Fuad Rəsulzadənin döyülməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlama verib.

O bildirib ki, yayılan videogörüntü ilə bağlı müvafiq araşdırma aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

"Bu barədə məlumat daxil olduqdan dərhal sonra istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərin şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğlu olduğu müəyyən edilib”.

E. Zahidov qeyd edib ki, saxlanılan şəxslər istintaqa cəlb olunub, dindirilərək izahatları alınıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »