Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şəmkir işi”ndə adı hallanan Famil Xəlilovdan açıqlama
Şəmkir

Şəmkirin həbs edilən icra başçısı Alimpaşa Məmmədovun qanunsuz tikinti fəaliyyəti ilə bağlı adı hallanan iş adamı Famil Xəlilov yayılan məlumatlara münasibət bildirib.

“Park Kolizey” MTK şirkətinin rəhbəri Famil Xəlilov APA-ya açıqlamasında bildirib ki, iki il əvvəl Şəmkir şəhərində bərbad vəziyyətdə olan bir parkı abadlaşdırmaq və orada köhnə binanın yerində yeni hündürmərtəbəli bina tikmək qərarına gəlib: “Bunun üçün icra hakimiyyəti ilə danışıqlar aparanda həmin binanın icra hakimiyyətinin deyil, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şəmkir Ərazi İdarəsinin balansında olduğunu bildirdilər. İcra hakimiyyətindən bizə heç bir kömək edə bilməyəcəklərini söylədilər. Biz də qanunlara uyğun olaraq həmin ərazini özəlləşdirdik və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən lazım olan bütün sənədləri toplayaraq tikintiyə başladıq”.

F.Xəlilov qeyd edib ki, Şəmkir şəhərində yaşayış binaları əsasən “Park Kolizey” MTK tikinti şirkəti tərəfindən aparıldığından ittihamlar eyni zamanda onun ünvanına səslənib: “Şəmkir rayonu İcra Hakimiyyətinə məxsus olmayan bir ərazi üçün hər hansı rüşvətin verilməsi məntiqsizdir. Haqqımda bu xəbəri yaydıranlar və yayanlara bildirmək istəyirəm ki, sizlər bizi istəməyən və Şəmkirimizin gözəlləşməsini, abadlaşmasını istəməyən adamlarsız. İddia edilənlərin əsası yoxdur və heç kəsə rüşvət verməmişəm. Bundan sonra da belə hallar təkrarlanarsa, məhkəməyə müraciət edəcəyəm”.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »