Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın modernləşdirilmiş raketi uçmaqdan “imtina etdi” - Video
Gəmi - Raket

Rusiya Hərbi Dəniz Donanmasının modernizə edilmiş “Marşal Şapoşnikov” freqatı “Kalibr-NK” qanadlı raketi buraxıb, amma raket uçmaqdan “imtina edib” və bir qədər yüksəkliyə qalxdıqdan sonra havada xaotik şəkildə fırlanaraq dənizə, gəminin yaxınlığına düşüb.

Virtualaz.org xəbər verir ki, bu kadrlar sosial şəbəkələrdə sürətlə tirajlanmaqdadır. “Marşal Şapoşnikov” freqatı 1985-ci ildə yığılıb, lakin bu yaxınlarda əsaslı şəkildə modernizə edildikdən sonra Rusiyanın Sakit Okean donanmasının ixtiyarına verilib.

Kadrlardan görünür ki, raket gəminin buraxılış qurğusundan çıxır, təxminən 70-80 metr yüksəkliyə qalxır, amma təyin edilmiş hədəfə doğru uçmaq əvəzinə havada xaotik dövrə vurur və qayıdıb dənizə, gəminin yaxınlığına düşür. Raket suya düşəndən sonra yanmaqda davam edir, dənizin səthində müxtəlif alovlanmalar görünür, gəmi isə raketin düşdüyü yerdən uzaqlaşır.

Görüntülər havadan çəkilib, amma nə vaxt çəkildiyi məlum deyil. Rusiya Müdafiə Nazirliyi insidentlə bağlı şərh verməyib. Xatırladaq ki, ötən il Həştərxanda, Aşuluk poliqonunda keçirilən təlimlər zamanı S-400 “Triumf” zenit-raket kompleksindən raket atışının necə uğursuz olduğu barədə görüntülər də internetdə yayılmışdı. Kadrlardan görünürdü ki, raket buraxılış qurğusundan çıxıb bir qədər yüksəkliyə qalxır, amma hədəfə doğru uçmur və yerə, az qala buraxılış qurğusunun üstünə düşür...

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
Son xəbərlər
Bütün xəbərlər »