Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Portuqaliya XİN arasında siyasi məsləhətləşmələr keçirildi
Xarici İşlər Nazirliyi

29 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası və Portuqaliya Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 2-ci raundu idarə rəisləri səviyyəsində video konfrans formatında keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məsləhətləşmələr zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli əlaqələr nəzərdən keçirildi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, təhlükəsizlik, regional və digər maraq kəsb edən məsələlər müzakirə olundu. Portuqaliyanın Avropa İttifaqı Şurasına hazırkı sədrliyini nəzərə alaraq, həmçinin Azərbaycanın Aİ ilə əməkdaşlığı məsələləri üzrə fikir mübadiləsi aparıldı.

Müzakirələr zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı.

Tərəflər, pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra, siyasi məsləhətləşmələrin növbəti raundunun əyani şəkildə keçirilməsini razılaşdırdılar

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »