Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Bizdə xahişlə oyuna çıxmaq olmur"
Qurban Qurbanov

"Rəqibi təbrik edirəm. Sürət çox olmasa da, sonluq maraqlı oyun alındı. Futbolçularımdan razı qaldım. Onlara hər hansı irad bildirmək istəmirəm. Çox yorulublar. Qarşıda vacib oyunlar var. Onların bərpasına fikir verməliyik. Finaldakı komandalara uğurlar arzu edirəm".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurbanov evdə "Qarabağ"ı məğlub etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis Mahir Emrelinin penalti nöqtəsinə yaxınlaşmamasının səbəbini açıqlayıb: "Zərbəni vuranları əvvəldən yazmışdım. 9-cunu Mahir vurmalı idi. "Qəbələ" ilə görüşdə penaltini vura bilmədiyi üçün psixoloji gərginliyi ola bilərdi".

Qurbanov Abdullah Zubirlə Emrelini meydana gec buraxmasını zədə və yorğunluqla əlaqələndirib: "Qarşıdakı matçlara görə onları qorumaq istəyirdim. Çünki qarşıda vacib matçlar var. Bizdə xahişlə oyuna çıxmaq olmur. Şahruddin Məhəmmədəliyev təcrübəli qapçıdır. Məşqlərini edirdi".

Baş məşqçi rəqibin müdafiədən oynamasına da toxunub: "İki variant var idi. Rəqib ya ilk oyundakı kimi, ya da öz sevimli sistemi ilə oynamalı idi. Bu gün 4-lü müdafiə ilə meydana çıxmışdılar".

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »