Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda Atatürkə görə Qandinin heykəlini yandırıblar - Video
İrəvanda Atatürkə görə Qandinin heykəlini yandırıblar - Video

Ermənistanda belə fikir formalaşmışdı ki, Pakistan Azərbaycanın dostu olduğuna görə Hindistanla yaxınlaşmaq lazımdır.

Bu düşüncə tezliklə İrəvanda Asiya dövlətinin milli lideri Mahatma Qandiyə heykəl ucaldılmasıyla nəticələnmişdi. Amma ermənilər bu günlərdə Qandinin abidəsinə od vurmaqla çoxlarını təəccübləndirib.

Bizimyol.info xəbər verir ki, İrəvanda heykəlin yandırılması böyük rezonans doğurub. Məsələ sosial şəbəkələrin Ermənistan seqmentində gündəmə çevrilib. İrəvan meriyası hadisəni qınayıb. Qurumun mətbuat katibi Akop Karapetyan yerli mediaya açıqlamasında deyib ki, polis günahkarları tapıb cəzalandırmalıdır.

“Çox xoşagəlməz vəziyyətdir, bizə başucalığı gətirmir. Təəssüf ki, İrəvanda baş vermiş ilk belə hadisə deyil. Buna ciddi qiymət vermək lazımdır. Paytaxtda yüzlərlə abidə var, hər birini qorumaq üçün xüsusi tədbir həyata keçirmək fiziki baxımdan mümkün deyil”.

Qandinin heykəli tam uçmasa da, yararsız vəziyyətə düşüb. Abidəni bərpa etmək mümkün görünür. İrəvan meriyası tədbir görəcəyinə söz verib.

Bəs heykəl niyə yandırılıb? Bunun üçün abidənin ucaldılması məqsədinə nəzərə yetirmək kifayətdir. Ermənistan hökuməti Kəşmir hadisələrində məhz Hindistanın yanında olduğunu açıqlamışdı. Çünki Pakistan Qarabağ məsələsində Azərbaycana açıq dəstək nümayiş etdirirdi. Heykəl ucaldıldı, amma proses həm də müəyyən narazılıqlar fonunda baş tutdu. Çünki hələ o vaxt Qandinin Osmanlı İmperiyası ilə yaxşı əlaqələri olmasını qabardanlar var idi. Hindistanın milli lideri Türkiyənin yaradıcısı Mustafa Kamal Atatürkə pərəstiş göstərməsini gizlətmirdi. O, ingilislərə qarşı mübarizədə məhz bu şəxsiyyəti nümunə seçmişdi.

Qarabağ müharibəsində darmadağından sonra Ermənistan cəmiyyətində aqressiya artıb. Ermənilər məğlubiyyəti heç cür həzm edə bilmirlər. Yerli mətbuat da yazır ki, son vaxtlar sosial şəbəkələrdə Qandinin Atatürk haqqında ifadələri xatırlanmağa başlanmışdı. Görünür, heykəli yandıranlar da həmin sözlərdən təsirlənib. İndi Ermənistanda çoxunun yadına Hindistanın Pakistanla qarşıdurması düşmür. Türkiyənin Azərbaycana qələbədə kömək etməsi erməniləri çox sarsıdıb. Acığı da heykəldən çıxıblar.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »