Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bayraktar”lar bizim əsas silahımız olan “Qiatsint”ləri məhv etdi...”
Düşmənin daha bir neçə hərbi texnikası məhv edildi - Video

Türkiyənin “Bayraktar TB2” pilotsuz döyüş təyyarələri İkinci Qarabağ müharibəsində əsas rol oynadı və Ermənistan ordusunun silahlanmasında yer alan əsas artilleriya vasitələrini məhv elədi.

Virtualaz.org xəbər verir ki, bunu Ermənistan ordusunun artilleriyaçısı Tiqran Danielyan "Senzor" Ukrayna nəşrinə deyir. O, bildirir ki, Ermənistan ordusunun silahlanmasında onun əsas “kozır”ı hesab edilən uzaqvuran artilleriya var idi. 2A36 “Qiatsint-B” qaubitsaları Qarabağın bütün ərazisini, İran sərhədinə qədər və sərhədin yaxınlığında yerləşən, Azərbaycan ordusunun əsas zərbəni yönəltdiyi Cəbrayıl şəhərini atəş altında saxlaya bilərdi. Danielyanın fikrincə, bununla müharibənin gedişatını dəyişdirmək olardı.

Lakin Azərbaycan ordusunun tətbiq etdiyi “Bayraktar”lar erməni ordusuna artilleriyanın imkanlarından tam istifadə etməyə imkan verməyib. Danielyan bildirir ki, məhz “Qiatsint” qaubitsaları “Bayraktar”ların əsas hədəfi idi və onlara praktiki olaraq daim zərbələr endirilirdi.

Danielyan Hollandiyanın “Oryx” nəşrinin internetdə dərc edilmiş videolara əsasən tərtib etdiyi statistikadan sitat gətirir. Orada bildirilir ki, “Bayraktar”lar ən azı 12 “Qiatsint” qaubitsasını məhv edib. Cəmi döyüşlərdə isə Ermənistan ordusu 320-dən çox artilleriya silahı itirib, onların əksəriyyətinə məhz PUA-lar zərbə endirib. Bu da Danielyana görə, məğlubiyyətin əsas səbəblərindən biridir. Çünki uzaqvuran artilleriya olmadan Ermənistan ordusu layiqli müqavimət göstərə bilməzdi.

“Qiatsint” Rusiyanın və bir çox keçmiş sovet respublikalarının ordularının silahlanmasında yer alan əsas artilleriya silahıdır. 152 millimetrlik mərmilərlə 30 kilometrdən çox məsafəyə atəş açır. Yedəyə alınan “Qiatsint” qaubitsalarının ağırlığı 10 tondan çoxdur.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
Son xəbərlər
Bütün xəbərlər »