Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ dövlət katibi ilə Azərbaycan Prezidentinin telefon danışığından detallar
İlham Əliyev

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına əsasən, aprelin 28-də ABŞ Dövlət Katibi Blinken Prezident İlham Əliyevə telefonla zəng edib. Rəsmi Bakının bu danışıq barədə yaydığı məlumata əsasən, ABŞ Dövlət Katibi Azərbaycan-ABŞ ikitərəfli əlaqələrin "daha da möhkəmləndirilməsinin önəmini bildirmiş, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulamış, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirmişdir."

“Bu gecikmiş zəng idi. Bir neçə ay əvvəl ABŞ-ın dövlət katibinin Ermənistan Baş Nazirinə zəng etməsinə baxmayaraq, hələ də Azərbaycan prezidentinə zəng etməmişdi. Bu tarazlığın və balansın pozulması idi. Çünki ABŞ qlobal geosiyasi aktordur və bundan əvvəl isə ATƏT-in Minsk qrupunun həmsədridir”.

Bu fikirləri Bizimyol.info-ya açıqlaması zamanı politoloq Ceyhun Əhmədli bildirib. Onun spzlərinə görə, gecikmiş olsa da bu zəngin əhəmiyyəti böyükdür.

Ceyhun Əhmədli Ceyhun Əhmədli

“Zəngin gec edilməsi, ABŞ rəhbərliyinin regionda formalaşmış yeni geosiyasi reallıqları dərk etməsindən irəli gəlir. Son vaxtlar Azərbaycan prezidentinin qətiyyətli addımları, sərt bəyanatları fonunda ABŞ dövləti başa düşdü ki, regionda Azərbaycan kimi müttəşiqi itirmək onlara heç nə qazandıra bilməz. Əksinə ABŞ regiona gəlmək, proseslərdə iştirak etmək istəyirsə, mütləq Azərbaycanla hesablaşmalıdır. Bu mənada zəngin gec edilməsinin səbəbi prosesləri izləmək idi. Azərbaycanın yaratmış olduğu reallıqlar ABŞ tərəfindən də dərk edilir və etiraf olunur ki, bu zəng artıq baş tutdu. Zəngin, telefon danışığının əhəmiyyəti çox yüksəkdir. Bu onu deməyə əsas verir ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlıqlarının dərinləşməsində maraqlıdır.

Telefon zəngi zamanı bir neçə vacib məqam var. ABŞ Azərbaycanın regional təhlükəsizlik sistemində önəmli bir faktor olduğu reallığını bu telefon zəngi bir daha təsdiq etmiş oldu. Azərbaycanın öncüllük etdiyi, təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində çox böyük rola sahibdir və ABŞ bu layihəni dəstəkləyir. Eyni zamanda Azərbaycan dövləti Əfqanıstanda sülh yaratma missiyasında yaxından iştirak edir. Bu da ABŞ tərəfindən çox yüksək qiymətləndirilir.

Politoloqun sözlərinə görə, telefon danışığının ən önəmli detallarından biri ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlıdır.

“Bilirsiniz ki, Azərbaycan dövləti Minsk qrupunun hazırki fəaliyyətindən razı deyil. Minsk qrupu ümumiyyətlə mahiyyətini dəyişməli, yeni reallıqlara uyğun addım atmalıdır. Minsk qrupu ona görə yaradılmışdı ki, münaqişənin dinc yolla, danışıqlar vasitəsilə həll etməyə bir töhvə versin. Amma artıq münaqişə həll olunub, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bundan sonra Minsk qrupunun fəaliyyət iqtiqaməti dəyişməlidir. Minsk qrupu öz fəaliyyətini, strategiyasının post-konflikt dövrünün reallıqlarına uyğun aparmalıdır. Cənab prezident bu reallıqlarla bağlı bəzi məqamları Amerika dövlət katibinin diqqətinə çatdırdı. O bildirdi ki, biz Qarabağda bərpa, yenidən qurma işləri aparır, regionda kommunikasiyaların açılması istiqamətində təşəbbüslərlə çıxış edirik. Bunun özü bir mesajdır ki, ABŞ və Minsk qrupunun həmsədrləri Azərbaycanın bu təşəbbüs göstərdiyi bu layihələrə dəstək göstərsinlər. Regionda yaranmış reallıqlara uyğun addım atsınlar, kommunikasiyanın açılmasına dəstək olsunlar. O cümlədən Qarabağda bərpa, yenidən qurma işlərinə töhvə versinlər.

Biz reginda sülhün bərqərar olmasından yanayıq. Bundan ötrü ABŞ öz üzərinə götürdüyü öhtəlikləri icra etməklə yanaşı burada Ermənistana təzyiq göstərməlidir. Ermənistanda gedən proseslərin regional təhlükə səviyyəsinə gəlməməsi üçün müvafiq təşəbbüslərlə çıxış etməlidir. Biz bilirik ki, ABŞ-ın Ermənistanda böyük təsir imkanları var. Bu imkanlardan istifadə edərək Ermənistana təzyiq göstərilməlidir ki, post-komflikt dövrü təhlükəsizlik, əmin-amanlıq, sülh şəraitində, regionun ümumi maraqlarına xidmət etsin. Bu telefon zəngi bir daha göstərdi ki, Azərbaycan ABŞ üçün nə dərəcədə strateji əhəmiyyət daşıyan tərəfdaşdır. Azərbaycan olmadan regionda hər hansı bir layihəni reallaşdırmaq, hansısa təşəbbüslə çıxış etmək mümkün deyil. Azərbaycan bu regionun lideridir. Azərbaycanın liderliyi altında regionda yeni bir şərait formalaşa bilər. ABŞ tam bitərəf mövqedə çıxış etməlidir. Biz sənimiyik və istəyirik ki, tərəfdaşlarımızda bizimlə səmimi olsun”.

Leyla Mirzə

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »