Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson baş nazir postunu itirə bilər: Korrupsiya qalmaqalı - Video
Boris Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson korrupsiyada şübhəli bilinib. Əgər məsələ sübut olunarsa, bu, onun vəzifəsini itirməsi ilə nəticələnə bilər.

Bu barədə “Haber Global” xəbər yayb.

O, Mühafizəkarlar Partiyasının sponsorlarından alınan puldan istifadə edərək Dauninq Stritdəki iqamətgahını qanunsuz və bahalı təmir etdirməkdə şübhəli bilinir.

Böyük Britaniya Seçki Komissiyası baş nazirin iqamətgahında aparılan təmir işləri ilə əlaqədar istintaqa başlayıb.

Consonun müxaliflərinin sözlərinə görə, baş nazir partiya sponsorlarına iqamətgahında lüks təmir işlərinə gizli şəkildə 10 000 funt sterlinq (23 700 manat) ayırmasına icazə verərək Britaniya qanunlarını poza bilər.

Parlamentdə emosional çıxış zamanı Conson bütün təmir xərclərini özü ödədiyini deyib.

Lakin bunu qalmaqal başladıqdan sonra edib-etmədiyi barədə sualı birbaşa cavablandırmaqdan çəkinib.

Seçki Komissiyası Consonun qanunsuz əməl etdiyinə dair bir dəlil taparsa, o, 20 000 funt sterlinq (47 400 manat) cərimələnə bilər və ya ayrıca istintaq başlaya bilər.(oxu.az)

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »