Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncədə narkotik satan və alan şəxslər saxlanılıb
Heroin

Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini Məmməd Zeynalov saxlanılaraq şöbəyə gətirilib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Onun üzərərinə baxış keçirilən narkotik maddə olah heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı M. Zeynalov narkotik maddəni Gəncə şəhər sakini Qorxmaz adlı şəxsdən 50 manata aldığını bildirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş Qorxmaz Məmmədov saxlanılıb. Onun evinə baxış keçirilən zaman, oradan müxtəlif çəkidə heroin, marixuana və metadon aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »