Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda əks-kəşfiyyat müharibəsi qızışdı - DTX ermənilərə necə zərbə endirib?
Dövlət Təhlükəsizlik Xidməti

“Dünən xəbər yayıldı ki, Azərbaycan Respublikası Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyev Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə Tiflisdə görüşüb. Zamanlama o qədər üst-üstə düşmüşdü ki, günün birinci yarısı Gürcüstan Rusiyanın humanitar yardım adı altında göndərdiyi hərbi yükü Ermənistana buraxmadığı barədə informasiya tiralandı. Yük maşınları Moskvadan martın 5-də yola salınıb və martın 28-də gürcü sərhədçilər sürücülərin və yüklərin sənədlərini müsadirə edərək onların hərəkətinə qadağa qoyub. Feysbukda yük maşınları və onların daşıdığı güllə keçirməyən jiletlərin yer aldığı videogörüntülər yayılıb. Görüş vaxtı isə Liluaşvili və Nağıyev qərara alıblar ki, tərəflər arasında təhlükəsizlik sahəsindəki münasibətlərin dərinləşdirilsin və iki xidmət arasında əməkdaşlığın intensivləşdirilsin. İki xəbər arasında əlaqə bundan ibarətdir ki, uzun müddətdir, gürcülərin keçid məntəqəsində gözlətikləri TIR güman ki, elə Azərbaycan DTX-nın nümayəndələri tərəfindən (izinli) aparılıb”.

Bu fikirləri bizimyol.info-ya beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Liluaşvili və Nağıyev görüşü keçirilən vaxtı Tacikistanın paytaxtı Düşənbədə KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin iclası çərçivəsində, Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşyeviçlə görüşüb. Hər iki tərəf Ermənistanın xüsusi xidmət orqanları ilə Rusiya Müdafiə nazirlikləri arasında qarşılıqlı əməkdaşlığın inkişafını müzakirə ediblər, Armen Qriqoryan bildirib ki, iki ölkənin Silahlı qüvvələrinin qarşılıqlı faydalı əməkdaşlığından istifadə etməlidir. Öz növbəsində Nikolay Patruşyev, Dağlıq Qarabağda rus sülhməramlılarının fəaliyyətini mühüm hesab edib. Onların sayəsində Dağlıq Qarabağda normal həyatı bərpa etmək mümkün olur. O,həm də regional infrastrukturun inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb” – deyərək informasiyada qeyd edilib. NƏTİCƏ: - Qarabağ müharibəsi və Zəngəzur layihəsindən narazı qalan Gürcüstanla artıq dil tapılıb; - Görünən odur ki, müharibə artıq kəşfiyyat qurumları müstəvisinə keçib və casus fəaliyyətləri, təxribat, sabotaj, KQB üsulları işə salınıb, Azərbaycan isə.. - Azərbaycan isə hazırda ən ideal variantı DTX, İSTİHBARAT, MOSSAD triosunu işə sala bilir; - Gürcüstan yolu sıradan çıxarıldığından alternativ yol – Xəzərin şərqi ilə İrana və ordan Ermənistana keçidin mümkünlüyü nəzərdən qaçmamalıdır. İsrail şirkətlərinin İran və ERM-la sərhəd Zəngilanda camış ferması açmaqla bağlı layihəsi İranda geniş narahatlıq doğurub. Qarşımızda artıq ETTELAAT-ı da Erm-n MTX-sı ilə birlikdə görə biləcəyik.

Ən sevindirici xəbər isə İsraildə Azərbaycan Səfirliyinin açılması ilə bağlı ehtimalların səsləndirilməsidir. Hazırda asimmetrik savaş gedir və biz bu imkanı boşa verə bilmərik”,- deyə ekspert qed edib.

İlhamə Rəsulova

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »