Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə qanunsuz yaşayan on minlərlə ermənini deport etməlidir
İstanbul, Türkiyə

Türkiyə C.Baydenin “soyqırım” sözünə cavab olaraq ölkədə qanunsuz yaşayan on minlərlə kriminal bağları olan ermənini deport etməlidir”. Bu fikirləri keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru Fikrət Yusifov səsləndirib.

“Türkiyədə islam dinini qəbul etmiş 400 minə yaxın erməni əsillilər kütləvi şəkildə “öz köklərinə” qayıtmaq yolu tutmağa başlayıblar. Erməni hər yerdə və hər zaman ermənidi. Din onların xislətini dəyişmədi, yenidən öz köklərinə qayıtdılar. Ortaya ermənilərin layiq olduqları sərt və güzəştsiz münasibəti qoymadıqca, onlar zaman – zaman Türkiyəyə zərbələr vurmaqda davam edəcəklər. Ermənilər deportasiya edilərsə bu addım ABŞ-dan sonra zəncirvari şəkildə genişlənməyə başlayacaq. Qarşısı alınmalıdır”.

Fikrət Yusifov Fikrət yusifov

Sabiq maliyyə naziri, iqtisadçı professor

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Baydenin bu bəyanatından hələ bir həftə öncə “ soyqırımı” ifadəsinin işlədib –işlədilməməsinin o qədər də önəm daşımadığını vurğulamışdı.

Baydenin “ soyqırım” ifadəsini işlətməsindən bir qədər sonra Türkiyə ərazisindəki İncirlik hərbi bazasının ABŞ tərəfindən Şimali İraqa köçürüləcəyi ilə bağlı xəbərlər yer almaqdadır. ABŞ buna səbəb olaraq rəsmi Ankaranın sözügedən hərbi bazadan istifadə ilə bağlı ABŞ-ın istəyinə operativ qərarlar verməməsini göstərir. O Türkiyədəki İncirlik Hərbi Hava bazasını Şimali İraqa köçürməyə *hazırlaşır. Pentaqon hazırda Ərbil ərazisində yerləşən Hərir hərbi aerodromunu ABŞ-ın hərbi hava bazası kimi istifadə etmək imkanlarını araşdırır. Maraqlı məqam isə budur ki,Pentaqon Türkiyəni qıcıqlandırmq üçün Hərir aerodromunu kürd peşmərgə (hərbi) qüvvələrinin iştirakı ilə istifadə edəcəyini gizlətmir. Başqa sözlə desək bir erməni amili öz bərabərində yüzlərlə problemi sürükləyib gətirməkdədir.

İlhamə Rəsulova

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »