Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu günə kimi hansı serebral iflicin sağaldığını görmüsünüz?" - Pensiya böhranı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

“Leçkomissiya” həkimlərinin keçilməz səddi – Serebral iflic necə sağala bilər?

Son günlər əlilliyə görə təyin edilmiş pensiyaların kəsilməsi ilə bağlı şikayətlrin ardı- arası kəsilmir. Nazirlik qurunun oduna yaşı da yandırıb ucdantutma hamıya eyni şəkildə yanaşır. Şikayət edənlərə də araşdıracağıq deyilir. O araşdırmalar davam edənə qədər də kasıb və fiziki məhdudiyyətli insanın göz dikdiyi o yeganə vəsait olmadan necə yaşayacağı kimsəni düşündürürmü?

Müavinəti almadığı ayların kompensasiyası olacaqmı? Yox. O məşhur məsəldə olduğu kimi qulaqları öncə kəsib, sonra sayırlar. İcra-təyinetmə mexanizmi hazırlamadan hamını ucdantutma problemlə üz-üzə qoyurlar. Öncədən verilmiş çıxarış, müayinə nəticələrini yenidən istəyirlər. Pasiyentləri yoluxmaya daha müsaid, riskli komorbidliyi olan insanları get-gələ salırlar. Pandemiyanın bu dövründə əlil və möhtac olan insanları epikriz və s. dalınca daha çox yoluxma ehtimalı olan müalicəxanalara, növbələrə göndərmək onlara qarşı ciddi etinasızlıqdır. Və ya bir şikayətçimizin qeyd etdiyi kimi, 85 yaşlı pensiyaçının 25 ildir aldığı pensiyanı heç bir əsas göstərmədən yarıya endiriblər.Niyə? Cavab yoxdur.

Hətta daimi verilmiş əlilliklərin belə ləğv olunması onsuz da yaşlı və davamlı müalicə alması lazım olan möhtac insanları ciddi sıxıntıya salıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin görməli olduğu işi uzun illərdir tele layihələr, müxtəlif fondlar, sosial aktiv kütlə həyata keçirməkdədirlər. "Yaşat" fondu bilavasitə əsas yükü üzərinə götürdüyü halda mövcud qurum yuxulamaqda və əksinə əlil insanlara problem yaratmaqda davam edir.

Razi Nurullayev Razi Nurullayev

Deputat Razi Nurullayev də bu məsləyə münasibət bildirib. Onun fikrincə problemin bir vacib kökü də həkim müayinələrinin ikibaşlı qeyd edilməsidir. “Məhz, bu ikibaşlı qeydlərə görə ƏƏSMN pensiyaların kəsilməsi üçün fürsət əldə edir. Bu günə kimi hansı serebral iflicin, hansı anadangəlmə xəstəliklərin sağaldığını görmüsüz və ya sağaltmısız? O zaman niyə verdiyiniz kağızda "yaxşılaşma hiss edilir", "müalicəsi davam etdirilə bilər", "müalicəyə ehtiyacı var" yazırsınız? Və yaxud xəstə orqan qalır kənarda, sağlam orqanlarını qeyd edirsiniz ki, "ürəyi normal işləyir", "qaraciyərinin funksiyası pis deyil", nə bilim "nisbi yaxşılaşma qeyd olunur". Bunlar nə deməkdir? Serebral iflicin gözləri yaxşı görürsə, bu pensiyanın kəsilməsinə əsas verir? Belə çıxır ki, iki ayağı olmayana yazılır ki, əlləri işləyir.I qrupdan da o yana yeni qrup növü təşkil edəcəksiniz? Yazın ki, bu adam ölməməsi və ayaqda qalması üçün müalicə edilir. Amma sağalması mümkün deyil. Vətəndaşları yola verirsiniz, problem yaradırsınız. Nazirlik də baxmır ki, bu adam ömürlük şikəstdir, nə yaxşılaşma ola bilər? Fürsət bilib, qayçılayır”,- deyə deputat qeyd edib.

Bu günə qədər işini doğru -dürüst görməyən vəzifə sahiblərini, elə son günlərdə həkim adına qara yaxan həkimlərin də cəzalandırılmasının şahidi olduq. Bu məsələnin də cənab Prezidentin diqqətindən kənarda qalmayacağına əminik.

İlhamə Rəsulova

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »