Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət katibi Blinken Rusiyadan silah alanları sanksiyalarla hədələyib
Entoni Blinke

ABŞ prezidenti Cozef Bayden Osmanlı imperiyasında baş verən hadisələr və “erməni genosidi” haqda danışarkən günahı Türkiyənin üzərinə qoymağa cəhd etməyib.

Virtualaz.org xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken ötən gün xarici jurnalistlərlə online-görüşü zamanı belə deyib.

“Prezident qeyd edib ki, onun məqsədi qurbanların xatirəsini yad etməkdir, kimisə günahlandırmaq deyil. Və əlbətdə, bizim diqqət mərkəzimizdə Osmanlı imperiyasının son günlərində baş verən hadisələr idi”,-dövlət katibi bildirib.

Entoni Blinken qeyd edib ki, Vaşinqton Türkiyəni və dogər xarici müttəfiqlərini, tərəfdaşlarını Rusiyadan bundan sonra silah və hərbi texnika almaqdan çəkinməyə çağırıb. Xəbərdarlıq edib ki, belə sövdələşmələr Amerika sanksiyalarının təsiri altına düşə bilər.

“Mən çox ümid edirəm ki, S-400 kompleksləri ilə bağlı Vaşinqton və Ankara irəlidə yol tapa biləcəklər. Ancaq bu da çox mühümdür ki, Türkiyə və ABŞ-ın digər müttəfiqləri, tərəfdaşları Rusiyadan silahlar almaqdan çəkinsinlər, o cümlədən əlavə S-400 kompleksləri. Çünki bu sövdələşmələr Rusiyaya gəlir, təsir imkanları və həmin ölkələrə çıxış imkanları verir. İstənilən halda Rusiyanın hərbi sənaye təşkilatları ilə istənilən əhəmiyyətli tranzaksiyalar ABŞ-ın CAATSA qanununun təsiri altına düşə bilər”,-Entoni Blinken deyib.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »