Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fahrettin Koca: “May ayından başlayaraq Türkiyəyə 50 milyon “Sputnik-V” peyvəndi gətiriləcək”
Fahrettin Koca

“İstanbulda ilk dəfə COVİD-19-un mutasiyaya uğramış Hindistan variantı 5 nəfərdə aşkarlanıb”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca nazirliyin nəzdində pandemiya əleyhinə mübarizə məqsədilə yaradılan Elm Qurumu üzvləri ilə növbəti iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, hazırda Türkiyədə ən çox rast gəlinən mutasiyalı virus “Britaniya ştamm”ıdır, ikinci yeri Braziliya, üçüncü yeri isə Afrika variantı tutur.

Nazir onu da qeyd edib ki, may ayından başlayaraq Türkiyəyə Rusiyadan 50 milyon “Sputnik-V” peyvəndi idxal ediləcək: “Hazırda Türkiyədə iki peyvənd - “Sinovak” və “Biontek” kütləvi istifadə olunur. “Sputnik-V” peyvəndinin tətbiqi son mərhələyə keçilib. Türkiyə 6 ay ərzində Rusiyadan 50 milyon “Sputnik-V” peyvəndini almaq üçün müqavilə bağlayıb. İlk idxal mayda başlayır. Bundan başqa Türkiyədə bu vaksinin istehsalı üçün hazırlıqlar başlayıb”.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »